AzTehsil.com

Şagird
26 fevral 2025
439

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində şagirdlər üçün süni intellekt mövzusunda maarifləndirici təlim keçirilib.



AzTehsil.com xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində şagirdlər üçün süni intellekt mövzusunda maarifləndirici təlim keçirilib.


        Təlim, hökumətlərarası təqaüd proqramı çərçivəsində hazırda Çin Elmlər Akademiyasında tədqiqatçı kimi fəaliyyət göstərən Cəfər Həyatov tərəfindən aparılıb.


           Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da iştirak edib. O, çıxış edərək süni intellektin müasir dövrdə önəmini vurğulayıb və gənclərin texnologiya sahəsində biliklərini artırmasının ölkənin gələcəyi üçün vacib olduğunu bildirib.


          Təlimin əsas məqsədi gənc nəslə süni intellekt texnologiyaları, onların tətbiq sahələri və gələcək perspektivləri haqqında fundamental biliklər vermək olub. Təlimdə iştirak edən şagirdlərə süni intellektin tarixi inkişafı, onun müxtəlif sahələrdə – elm, sənaye, səhiyyə və təhsil kimi sektorlarda rolu barədə geniş məlumat təqdim edilib.


         Təlim zamanı Cəfər Həyatov Çində süni intellekt sahəsində aparılan qabaqcıl araşdırmalar, texnologiyaların tətbiq olunduğu sahələr və Azərbaycanın bu sahədə hansı imkanlardan yararlana biləcəyi barədə ətraflı məlumat verib. O, həmçinin iştirakçılarla interaktiv müzakirələr aparıb, onların suallarını cavablandırıb və süni intellekt sahəsində gələcək karyera perspektivləri haqqında tövsiyələr verib.


        Tədbirin sonunda iştirakçılar bu sahə ilə maraqlanan şagirdlər üçün gələcəkdə daha genişmiqyaslı seminar və praktiki məşğələlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Kompleks rəhbərliyi Cəfər Həyatova bu dəyərli təlim üçün təşəkkür edərək, onun elmi biliklərini paylaşmasının şagirdlər üçün böyük motivasiya mənbəyi olduğunu qeyd edib.


          Bu cür tədbirlər gənclərin elmi-texnoloji biliklərini artırmaqla yanaşı, onların innovasiya sahəsində fəal iştirakını təşviq etməyə imkan yaradır.



Həmçinin oxuyun:
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Metodbirləşmələr

Metodbirləşmələr

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Təhsilin məzmunu

Təhsilin məzmunu