AzTehsil.com


Xəbərlər / Müəllim
22 iyul 2019
2 099


Zərdabi niyə müəllim oldu?



 

 
Və ya Salberqin Fin  hekayəsi…

Biz adətən fin təhsilindən danışmağı xoşlayırıq. Niyə? Bunlar çoxdu. Axundzadə məşhur komediyalarında funksional savadlılıqla mübarizə aparanda Fin kilsəsi oxuyub yazmağı bacarmayan finlinin evliliyini qadağan edirdi. Bunu Fin dərslərinin müəllifi Pasi Salberq deyir.

 Və həmin tarixdən təxminən 50-60 il  sonra Azərbaycanın mütəfəkkir insanı Zərdabi  Rusiyada ali riyaziyyat təhsili alaraq Bakı Realnı Gimnaziyasının təbiət tarixi və riyaziyyat fənləri üzrə müəllimi olmuşdu. Zərdabinin müəllimliyi onun qəzet naşirliyindən heç də az əhəmiyyət kəsb etmirdi. Bu dövrdə həm də Qori məzunları Azərbaycanın  bölgələrində müəllimliklə məşğul idilər. Elə həmin məzunlardan biri, böyük bəstəkar Üzeyir bəy həm Qarabağda, həm də Bayılda  hesabdan dərs deyirdi. 

Elə finlərin mənəvi atası Snelman da Finlandiyanı bucaq-bucaq gəzərək milləti üçün müəllimlik edirdi. Bu işi Azərbaycanda Zərdabi, Üzeyir bəylə yanaşı, Mirzə Cəlil, Sabir, Şaxtaxtlı, Ağaoğlu da edirdi. Onların mənəvi  dühası ilə Cümhuriyyət quruldu, millət quruculuğu başladı. 

Məşhur ingilis təhsilşünası Maykl Barber deyir ki, hər bir təhsil sisteminin gücü onun müəllimini gücünə bərabərdir. Bu ifadəni Bismarksayağı genişləndirsək "hər bir millətin gücü onun müəlliminin gücünə bərabərdir”. Bu gün daha çox iqtibaslar gətirdiyimiz almanı da, yaponu da tarixdə güclü edən onun müəllimi olub.

Məsələn, 1870-1871-ci illərdə Fransa-Prusiya müharibəsində fransızların məğlubiyyətə uğrama səbəbini məşhur fransız mütəfəkkirləri Lui  Paster, Ernest  Renan, Emil Zolya almanların müəlliminin keyfiyyət fərqində görürdülər. 

Müəllim təkcə öyrədəndimi?

Bu suala birmənalı cavab yoxdur. Ancaq həm də var. Məsələn, məşhur Azərbaycan müəllimi Azad Mirzəcanzadənin ifadəsi ilə desək, müəllim həm də öyrənəndir. Müasir təhsil tədqiqatlarına baxsaq, bunu təsdiq edə bilərik. İndi bilik öyrətmək üçün təkcə müəllimə ehtiyac yoxdur. Cibimizdə gəzdirdiyimiz "Google” müəllimdən və hətta hər kəsdən daha çox bilir. Bəs onda müəllim nə etməlidir? Yeni dövrün müəllimi məşhur təhsil viziyoneri Ken Robinsonun ifadəsi ilə desək,  daha çox "ilhamlandıran, özünə əminlik yaradan və yaradıcı olmağı düşündürən” müəllimdir. Həm də "dizayn təfəkkür” formalaşdıran müəllim olmalıdır.

 Yaxşı məktəb, yoxsa yaxşı müəllim?

Yaxşı məktəbi yaxşı müəllim yaradır. Biz hələ  müəllif (oxu-müəllim) məktəbindən danışmırıq. Əgər məktəbə yeni gələn müəllimi mühit motivasiya edirsə, daxilən müəllim keyfiyyətlərinə malikdirsə, ondan "peşəkar  sönmə” baş vermir.Və obrazlı desək o məktəbi, öyrənəni "alov”landırır.

Haradan başlamalı?

  Medianın ən böyük müəllimi olan Zərdabinin deyimi olmasın, müəllimi asan yetişdirmək olmur. Onu tam filtrdən keçirmək lazımdır. Əslində media bir çox hallarda tənqid etsə də, son illərin müəllim seçimi də ən azı  buna hesablanıb. Biz kifayət qədər mürəkkəb gələcəyin müəllimini o qədər  filtrdən keçirməliyik ki, "qeyri-müəyyən  gələcəyi” daha müəyyən görə bilək.  Sonuncu cümləni ifadə edərkən bir çox hallarda media başlıqlarına çevrilən cümlələr  diqqətimi çəkdi: "Müəllim olmaq istəyənlərə çətin suallar verilib”, "Namizədlər masada çarpaz əyləşiblər” və sair.

Müəllim  Frensis Fukuyamanın ifadəsi ilə desək, "milli quruculuğu”  ("nation-building”) həyata keçirən peşə sahibləridir. Ən azı biz son iki həftədə bu işə uyğun gələn müəllimləri  seçirik. İnanıram ki, seçə bilirik. Bir çox halda XXI əsrin müəlliminin seçimindən danışmıram. Çünki bu, kifayət qədər mürəkkəb məsələ kimi görünür. Hətta bir çox hallarda süni zəka bu işə alternativ olmaq istəyir. İddiaları isə zaman təsdiq edir.

... Ancaq müəllim həmişə müəllim olub. Bu antik dövrdə Platonunun da, Nyutonun da, elə ötən şənbə riyaziyyat müəllimliyi imtahanında 59 bal qazanan Familin  timsalında da  belədir. Və belə də olacaq..

P.S. Sual- Niyə müəllim imtahanları kompüterlə aparılır, kağızla yox?

Cavab- Onda niyə həyatımızı app-lar idarə edir. Gəzəndə addımımızı telefon ölçür, maşında yolumuzu naviqasiya göstərir, hətta "smart watch” ürək döyüntülərimizə nəzarət edir. Rəqəmsal gələcəyin müəllimini ən azı klavişlə test etmək vacibdir. Özü də cavabını anındaca biləndə. Elə deyilmi?

Cəsarət Valehov/Fəlsəfə doktoru



Загрузка...
Həmçinin oxuyun:
"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Müəllimin  şəxsi keyfiyyətləri

Müəllimin şəxsi keyfiyyətləri

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllimin peşə qabiliyyətləri.

Müəllimin peşə qabiliyyətləri.

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Müəllimi möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et.

Müəllimi möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et.

Heç zaman unudulmayan müəllimlərimiz

Heç zaman unudulmayan müəllimlərimiz

“Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”

“Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

“Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü

“Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər