AzTehsil.com
RU


Xəbərlər / Ekspert
15 may 2019
1 991


Bütün baş verənlərdə təkcə məktəb günahkardırmı…?



 

 
Bir ara yaranan kiçik fasilədən sonra məktəblərdə baş verən intihar və intihara cəhdlər, dərsdən qaçmaq üçün məktəbin pəncərəsindən özünü atmaq kimi hallar yenidən gündəmə gətirilib. Dəfələrlə demişəm, yenə də mövqeyimdə qalıram ki, mən nəinki məktəblərdə baş verən intihar və intihara cəhdlərlə bağlı olayları, ümumiyyətlə son zamanlar ətrafında geniş müzakirələrə yol açan, sıradan olan dərsdən qaçma kimi bir hadisəni belə videoya çəkmək, ona müxtəlif məna və məzmun verib sosial şəbəkələrdə paylaşmaq, xüsusilə də kütləvi mediada tirajlamaq və hətta televiziya kanallarında yayımlamaq kimi bir tendensiyanın qəti əleyhinəyəm. Bütün bu kimi hallar əsasən sosial xarakterli təzahürlərdir və bu mənada, ictimai həyatımızda baş verən istənilən neqativlər məktəbə də təsirsiz ötüşmür. Cəmiyyət dərsdən qaçanı qınayır, bəs "ailədən qaçanlar”, "taleyindən qaçanlar”, "bəxtindən qaçanlar”, "özündən qaçanlar” azdır məgər…?

Təəssüfləndirici hal odur ki, hadisənin səbəb və təfərrüatlarına varmadan, bilən də, bilməyən də öz subyektiv təəssüratlarını bölüşür, sanki belə bir hadisənin baş verə biləcəyini qabaqcadan gözləyirmiş kimi… Əlbəttə baş verənlərə yönəlik emosiyalar da hardasa başa düşüləndir, çünki söhbət insan taleyindən, gələcəyimiz olan yeniyetmə və gənclərin taleyüklü aqibətindən gedir. Bununla belə bir həqiqəti də dərk etməli və razılaşmalıyıq ki, bu kimi hadisələr ilk mərhələdə polemika obyekti deyil, daha çox təhqiqat obyektidir, yəni istintaq prosedurları hələ tam başa çatmadan şəxsi mülahizələrə və ambsiyalara əsaslanıb, birmənalı şəkildə necə obyekti nəticə çıxarmaq olar ki, bu və ya bu qəbildən olan xoşagəlməz və arzuolunmaz hadisələrin baş verməsində məhz məktəb günahkardır, yoxsa ailə və ya bütövlükdə ictimaiyyət? Bir mühüm məqamı da nəzərə almırıq ki, bu kimi "proqnozlar”, təkcə bütövlükdə məktəb məfhumuna, valideyn mənəviyyatına, uşaq psixologiyasına ağır və sarsıdıcı zərbə vurmaq deyil, həm də cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına yönəlik bir stimulyator rolunu oynaya bilər.

Yeniyetmə və gənclərin təlim-tərbiyəsində, mənəviyyatının formalaşmasında məktəbin rolu və məsuliyyəti nə qədər danılmaz olsa da, baç verənlərdə təkcə məktəbi ittiham etmək, baş günahkar qismində məhz onu suçlamaq bir o qədər də ədalətli mövqe ola bilməz. Məsələyə sosial konstektdə baxmaq lazımdır. Hər şeydən əvvəl ona görə ki, bu kimi hallar təkcə məktəbdə deyil, istənilən yerdə, özü də təkcə bizdə deyil, bütün dünyada baş verir və bundan heç kəs sığortalanmayıb. Dediklərim heç də yeniyetmə və gənclərlə təlim-tərbiyə işlərinin təşkilində məktəbin rolunu və xüsusi çəkisini azaltmır. Bununla belə istəsək də, istəməsək də onu da etiraf etməliyik ki, hazırda təhsil müəssisələrində təlim-tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını tam itirməsə də, hər halda müəyyən deqradasiyaya uğraması da istisna olunmur. Başqa sözlə ifadə etsək, təlimə ifrat dərəcədə aludəçiliyimiz əslində tərbiyə məsələlərini bir növ arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımi səviyyədə təmin etmir.

Zəmanəmizdə tərbiyə bir növ, məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici norövmativ sənəd qəbul olunsa belə, bu prosesin səmərəli təşkilinə hələ tam nail ola bilməmişik. Heç də əbəs yerə deyil ki, Təhsil Naziri » Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdiirlməsi ilə bağlı tədbirlər haqqında” 2019- ci il üçün Fəaliyyət planını təsdiq edib. Fəaliyyət planında konkret hədəflər üzrə alt hədəflər və ona uyğun olaraq mövzular müəyyənləşdirilmişdir. Fəaliyyət planında əhatə olunan mövzular üzrə tədbirlərin hansı istiqamətdə aparılması belə müəyyənləşdirilib. Nazir Ceyhun Bayramov məsələnin vacibliyinə və zəruriliyinə xüsusi diqqət çəkib: "Ümumi təhsil müəssisələrində mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili məktəb-ailə münasibətlərinin düzgün qurulmasının ən vacib məsələlərdəndir”.

Yeri gəlmişkən, Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün yeni bir tələbin qoyulması ilə bağlı "Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə təklif irəli sürülüb. Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacağı nəzərdə tutulub. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar. Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək. Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyənin vəhdəti son dərəcə zəruridir.

Nəzərə alsaq ki, məktəb müxtəlif xarakterə malik fərdlər toplumundan ibarət böyük bir müəssisədir, deməli isrənilən vaxt, istənilən məktəbdə bu kimi hadisələrin baş verməsi qaçılmazdır və heç bir pedaqoji kollektiv bu sözügedən hallardan sızğortalanmayıb. Sadəcə emosiyalara qapılıb, müxtəlif versiyalar irəli sürmək deyil, sayıqlığı artırmaq, bu kimi hallara qarşı nəzarəti gücləndirmək barədə düşünülməli, məsələyə birtərfli deyil, kompleks şəkildə yanaşılmalıdır.



Загрузка...
Həmçinin oxuyun:
Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulur - Qanuna dəyişikliklər edilir

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulur - Qanuna dəyişikliklər edilir

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Tez-bazar” kurrikulum islahatlarına başlanılması və “qeydsiz-şərtsiz” Boloniya prosesinə qoşulmağımız da ən ciddi yanlışlıq oldu..."MÜSAHİBƏ

“Tez-bazar” kurrikulum islahatlarına başlanılması və “qeydsiz-şərtsiz” Boloniya prosesinə qoşulmağımız da ən ciddi yanlışlıq oldu..."MÜSAHİBƏ

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Təhsil naziri press brifinq keçirib

Təhsil naziri press brifinq keçirib

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

Məktəbin işinə kənardan müdaxilə və məktəb-media münasibəti

Məktəbin işinə kənardan müdaxilə və məktəb-media münasibəti

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Müəllim məktəbdə siqaret çəkməlidirmi?

Müəllim məktəbdə siqaret çəkməlidirmi?

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?