AzTehsil.com


Xəbərlər / Ekspert
09 aprel 2019
2 430


Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.



Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

 

 
Təhsil eksperti Nadir israfilovun məktəbdə baş verən son hadisə ilə bağlı müsahibəsindən

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir. Üzücüdür ona görə ki, bir nakam yeniyetmənin həyatına son qoyulub, bir ailənin ümid çırağı sönüb. Təəssüfləndiricidir ona görə ki, hadisənin səbəb və mahiyətinə varmadan, bilən də, bilməyən də öz subyektiv təəssüratlarını bölüşür, sanki belə bir hadisənin baş verə biləcəyini qabaqcadan gözləyirmiş kimi… Əlbəttə baş verənə yönəlik emosiyalar da hardasa başa düşüləndir, çünki söhbət sıradan olan hər hansı bir hadisədən deyil, insan talyindən gedir.

Bununla belə bir həqiqəti də dərk etməli və razılaşmalıyıq ki, bu kimi hadisələr ilk mərhələdə tədqiqat obyekti deyil, daha çox təhqiqat obyektidir. Axı, bu istintaq prosedurları hələ tam başa çatmadan şəxsi mülahizələrə və ambsiyalara əsaslanıb, birmənalı şəkildə necə nəticə çıxarmaq olar ki, bu arzuolunmaz hadisənin baş verməsində məhz məktəb məsuliyyət daşıyır, yoxsa ailə? Bir mühüm məqam da nəzərə alınmır ki, bu kimi "münəccimliklər”, təkcə bütövlükdə məktəb məfhumuna, valideyn mənəviyyatına ağır və sarsıdıcı zərbə vurmaq deyil, həm də cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına yönəlik bir cəhddir.

Yeniyetmə və gənclərin təlim-tərbiyəsində, mənəviyyatının formalaşmasında məktəbin rolu və məsuliyyəti nə qədər danılmaz olsa da, "günah keçisi” qismində təkcə məktəbi ittiham etmək, baş verənlərdə məhz onu suçlamaq bir o qədər də ədalətli mövqe ola bilməz. Məsələyə sosial konstektdə baxmaq lazımdır. Hər şeydən əvvəl ona görə ki, bu kimi hallar təkcə məktəbdə deyil, habelə evlərdə, ailədə, digər məişət obyektlərində, özü də təkcə bizdə deyil, bütün dünyada baş verir.

Əlbəttə, bu kimi hadisələrin daha da kütləvi xarakter almasının qarşısına müəyyən sədd çəkmək üçün, ortalıqda olan təkzibedilməz fakt biganəlik və məsuliyyətsizliyin, hansısa müəllim və ya rəhbərliyin hikkə və sayğısızlığının nəticəsi kimi təsdiqini tapdığı halda, ən yüksək səviyyədə ictimai qınaq obyektinə çevrilməli və buna şərait yaradanlar, göz yumanlar öz layiqli cəzalarını almalıdırlar. Yalnız araşdırma tam başa çatdıqdan və yalnız buna hüquqi qiymət verildikdən sonra.

Bir də ki, bildiyim qədər, intihara cəhd edən qızcığaz 3 məktəb dəyişib. Əgər həqiqətən belədirsə, problemin kökünü məhz burda axtarmaq lazımdır, O da istisna olunmur ki, ola bilsin ki, həmin şagird problemli uşaqlardan biri olsun. Elə isə, onu evdə təhsilə, digər aidiyyatı xüsusi təyinatlı məktəblərə niyə cəlb etməyiblər? Suallar, məqamlar çoxdur… Cavabı isə aparılan təhqiqatlararın nəticələri göstərəcək…

Nəzərə alsaq ki, məktəb müxtəlif xarakterə malik fərdlər toplumundan ibarət böyük bir müəssisədir, deməli isrənilən vaxt, istənilən məktəbdə bu kimi hadisənin baş verməsi qaçılmazdır və heç bir pedaqoji kollektiv bu sözügedən hallardan sığortalanmayıb. Sadəcə emosiyalara qapılıb, müxtəlif versiyalar irəli sürmək deyil, sayıqlığı artırmaq, bu kimi hallara qarşı nəzarəti gücləndirmək barədə düşünülməlidir

Yeri gəlmişkən, o qədər də uzaq olmayan keçmişin bir ibrətamiz ənənəsini xatırlatmaq yerinə düşərdi ki, bütün məktəblərdə, bütün mərtəbələrin dəhlizlərində müəllimlərdən və şagirdlərdən ibarət növbətçilik təşkil olunardı. Hazırda bu ənənənin hansı məktəbdə, hansı formada təşkil olunub, olunmamasını tam əminliklə deyə bilməsəm də, onu deyə bilərəm ki, belə bir nəzarət bu kimi halların qarşısının alınması üçün təcrübədə özünü doğruldan qabaqlayıcı tədbirlərdən biri idi.



Загрузка...
Həmçinin oxuyun:
Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

”2 “qiymət  alan şagirdlərin əsas günahkarı kimdir?”

”2 “qiymət alan şagirdlərin əsas günahkarı kimdir?”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

"Şəngülüm, şüngülüm, məngülüm" kimi nağıllarla şagirdlərin diqqətin buna yönəltmək lazımdır..

"Şəngülüm, şüngülüm, məngülüm" kimi nağıllarla şagirdlərin diqqətin buna yönəltmək lazımdır..

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Tez-bazar” kurrikulum islahatlarına başlanılması və “qeydsiz-şərtsiz” Boloniya prosesinə qoşulmağımız da ən ciddi yanlışlıq oldu..."MÜSAHİBƏ

“Tez-bazar” kurrikulum islahatlarına başlanılması və “qeydsiz-şərtsiz” Boloniya prosesinə qoşulmağımız da ən ciddi yanlışlıq oldu..."MÜSAHİBƏ

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Elina Hacıyeva niyə intihar etdi...

Elina Hacıyeva niyə intihar etdi...

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.