AzTehsil.com


Xəbərlər
17 avqust 2018
2 456


“Bu qədər universitet və diplomlu işsiz bizə lazımdırmı?”EKSPERTLƏRİN FİKRİ



 

Artıq Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edilib. Ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Demək olar ki, hər 9 nəfərdən 8-i tələbə adını qazanıb.

Lakin bunu  mənfi göstərici kimi qiymətləndirənlər də var. Qəbul asanlaşıb, hamı rahatlıqla tələbə adını qazana bilir – deyə fikirlər səsləndirilir.

"Ali məktəblərə mövcud qəbul mexanizmi kəmiyyətə hesablanıb”

Təhsil eksperti Nadir İsrafilov Modern.az saytına açıqlamasında deyib ki,cəmiyyət arasında  "təhsilimiz repetitorların çiynində inkişaf edir” fikri  əbəs yerə formalaşmayıb:

"Əlbəttə, ilk növbədə fürsətdən istifadə edib, mən də ali məktəblərə daxil olan bütün gənclərimizi və onların yaxınlarını təbrik edir,  onlara ölkəmizin gələcək inkişafı yollarında qismətlərinə düşəcək peşə fəaliyyəti sahəsində uğurlar arzulayıram. Şərəfli tələbə adını qazanmaq valideyn və məzunlarımızın fərəh və sevincinə səbəb olur.

Bununla yanaşı, ali təhsilin hamı üçün əlçatan olması, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı dövlətləri ilə rəqabət aparmaq kursu baxımından bu qəbul olunan haldır.

Lakin mövcud vəziyyət, başqa sözlə, ali məktəblərə tələbə qəbulu mexanizmi, gələcək perspektivlər baxımından o qədər də uğurlu görünməyib, istər-istəməz bəzi düşüncələrə qapılmağa sövq edir.

Təhsilin əlçatan olması bizim dövlətin təhsil sahəsindəki kursundan irəli gəlir. Müvafiq balı toplaya bilməyən tələbələrə ikinci şans verilir. Növbəti illərdə hətta üçüncü şans verilməsi barədə məlumatlar gəzib dolaşır. Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılmasına start vermək fikrinə düşmüşük və s. Bunlar hamısı farslar demiş,  "xub”. Dolayısı yolla da olsa çoxlarına aydındır ki, ali məktəblərə mövcud qəbul mexanizmi keyfiyyətə deyil, kəmiyyətə hesablanıb. Keyfiyyətsiz kəmiyyət bizə lazım deyil, bu, necə deyərlər aysberqin görünməyən tərəfidir”.

"Valyuta və beynimiz xaricə axın edir”

Ekspert  yaranan təhlükəli tendensiyadan da söz açıb:

Yayılan statistik məlumatlara görə, ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İndi, gəlin görək, belə bir statistika təhsilin hamı üçün əlçatan olması deməkdir, yoxsa  "get pulunu ver oxu” deməkdir?

Dövlət universitetlərimizdəki ixtisasların 80 faizə qədəri, ödənişlidir. Elə isə, məsələn, BDU-dan dövlət sözünü çıxarıb, niyə  BU etmirik, və ya da, BZU – birdəfəlik bilinsin ki, bu ali təhsil müəssisəsi dövlət yox, özəl universitetdir. Beynəlxalq təhsil sisteminə inteqrasiya ediriksə, dünyanın bir çox dövlət universitetlərində ümumiyyətlə ödəniş yoxdur, əksəriyyətində isə bizimkilərindən qat-qat aşağıdır. Sonra da giley- güzar edirik ki, gənclərimiz xarici universitetlərə üz tutur, valyuta və beynimiz xaricə axın edir”.

"Bu qədər universitet və  diplomlu işsiz bizə lazımdırmı?”

N.İsrafilov vurğulayıb ki,təkcə müəllimlərin işə qəbulunda keçid balı uğrunda "ölüm-dirim” mücadiləsi aparan müəllimlərimizin sayı tələbatdan iki dəfədən artıqdır:

"150 və hətta 100 balla  klassik qiymətləndirmədə 0-a  bərabər tutulanları ali məktəb tələbəsi etmək, 600 bal toplayanı bu sevinci yaşamaq hissindən məhrum etmək  hansı məramdan irəli gəlir və hansı məqsədlərə xidmət edir? Bu barədə heç düşünən varmı? Bir də ki, məsələ təkcə bununla bitsəydi, dərd yarıydı…

Orta məktəbi nüfuzdan salmaq hesabına ali məktəbə tələbə hazırlığı adı ilə repetitor xidmətini necə anlayaq?

Yağışdan sonra göbələk kimi artmaqda olan, bilik, savad verməkdən daha çox kommersiya və biznes maraqlarına xidmət edən bir para kursları fasiləsiz reklam etmək yolu ilə  dəbə mindirmək, 11 ildə qazanılan təməl biliklərinin heç nəyə yaramadığını açıq şəkildə etiraf etmək, məktəb təhsilinə etimadsızlıq, müəllim əməyinə hörmətsizlik deyilsə, bəs onda bunun başqa adı nədir?

Savad və səviyyəmizi orta məktəb illəri ərzidə qazanılmış sistemli bilik, bacarıq  və vərdişlər əsasında formalaşdırırıq.

Bizdə isə əksinə, repetitor və hazırlıq kurslarının əzbərçiliyə əsaslanan, istiqamətverici test tapşırıqları əsasında formalaşdırılır.

Bu, təhsilin dövlət standartlarına etinasızlıq kimi təhlükəli tendensiyadır. Əbəs yerə cəmiyyət arasında belə bir fikir formalaşmayıb ki, "Təhsilimiz repetitorların çiynində inkişaf edir.”

Bir də ki, bu qədər universitet və bu qədər diplomlu işsiz bizə lazımdırmı? Təkcə MİQ-də keçid balı uğrunda "ölüm-dirim” mücadiləsi aparan müəllimlərimizin sayı tələbatdan iki dəfədən artıqdır. TV-lərdə xarici həkimlərin fasiləsiz reklamlarından üzüntü keçirən həkim olmaq fikrinə düşənlərimiz isə, gələcək perspektivləri baxımından ATU-ya illik 4500 manat ödəniş etməyinə dəyər, yoxsa dəyməz barədə indidən baş sındırırlar…”.

"Bilik və bacarıqları aşağı olanları universitetə qəbul etmək kəmiyyət artımına gətirib çıxaracaq”
 

 

Təhsil eksperti Kamran Əsədov saytımıza danışarkən qeyd edib ki, onsuz da Azərbaycanda ali təhsilli şəxslərin sayı olduqca azdır:

"Belə ki, ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir. Bu da hər 1000 nəfərdən 124 nəfərinin ali təhsil aldığı deməkdir. Amma əlbəttə, bu sayı heç də keyfiyyətsiz kütlə ilə artırmaq lazım deyil. Düzdür, Prezident tərəfindən 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyasında qeyd olunur ki, təhsil əlçatan olmalıdır. Lakin bu zaman minimum tələblər aşağı keyfiyyyətli olmamalıdır.
 
150 balla, yəni tələb olunan maksimum baldan – 700 baldan dəfələrlə aşağısını qəbul etməkdənsə, birbaşa buraxılış imtahanlarının nəticələri ilə qəbul aparmaq olar.

Nəzərə alsaq ki, onsuzda universitetlərdə yüksək səviyyədə təhsil verilmir və əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçrilmir, o zaman bilik və bacarıqları aşağı olanları universitetə qəbul etmək ancaq kəmiyyət artımına gətirib çıxaracaq.  Burada heç bir keyfiyyət artımı ola bilməz”.



Загрузка...
Həmçinin oxuyun:
"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Tələbə adı qazanmış şəxslərin ali məktəblərdə qeydiyyatı başlayıb

Tələbə adı qazanmış şəxslərin ali məktəblərdə qeydiyyatı başlayıb

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?