AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
30 may 2018
10 550


Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər



Müəllimlik peşəsində pedaqoji  bacarıq və vərdişlər

 


Pedaqoji fəaliyyətin düzgün qurulması müəllimin pedaqoji bacarıq və vərdişlərə sahib olmasından çox asılıdır. Belə ki, müəl­lim dərin biliyə, yaradıcılığa, geniş təfəkkürə malik olmaqla bəra-bər, həm də öz biliyini şagirdlərin malı etməyi bacarmalıdır.

Pedaqoji ədəbiyyatların bir qismində müəllimin ümumi pedaqoji bacarıq və vərdişləri fərqləndirilir.

Məsələn, pedaqoji bacarıq və qabiliyyətlər belə qruplaşdı­rılır:

1) Məlumatverici bacarıq və vərdişlər;

2) Səfərbəredici bacarıq və vərdişlər;

3) İnkişafetdirici bacarıq və vərdişlər;

4) İstiqamətləndirici bacarıq və vərdişlər. 

Məlumatverici bacarıq və vərdişlər dedikdə, müəllimin ilk növbədə hər hansı bir elmi materialı didaktik yolla şagirdlərə çatdıra bilməsi başa düşülür. Bunun üçün müəllim həmin materialı şagird­lərin başa düşəcəyi səviyyədə qurmalı, didaktik məsələləri seçməli, onların tətbiq olunma və aşılanma yollarını hazırlamalı və şagirdlərə çatdırmalıdır.

Müəllim tədris materialını şagirdlərə çatdırmaq üçün müvafiq metodlar seçib müəyyənləşdirməli, təlimin texniki vasitələrindən və əyanilikdən istifadə etməlidir. Həmçinin onların inkişaf sistemini hazırlamalıdır.

Bunlarla birlikdə proqramlaşdırılmış, alqoritmləşdirilmiş, in­te­rak­tiv və başqa formalardan, təlim ünsürlərindən istifadə etməklə bərabər, dərsdə əks-əlaqəni yaratmağı da unutmamalıdır.

Müəllimin danışığı şagirdlər üçün aydın olmalıdır. O, məntiqi, qısa və ifadəli danışmağı bacarmalıdır. Müəllim ekskursiyanın növ­lərindən istifadə etməklə onların təşkilini həyata keçirməyi, tədris emalaxanalarında şagirdlərin işini təşkil etməyi bacarmalıdır.

Müəllimin pedaqoji bacarıq və vərdişlərindən biri də səfər­bər­edi­ci bacarıq və vərdişlərdir. Şagirdlərin diqqətini səfərbər edib əsas obyektə-təlimə yönəltmək, onlara öyrənməyi öyrətmək, al­dıq­ları biliyi praktikaya tətbiq etmək bacarığı aşılamaq, öz işini plan­laş­dırmağı bacarmaq və s. səfərbəredici bacarıq və vərdişlərə aiddir. Onu da bilmək lazımdır ki, bu fəaliyyət formaları ilk növbədə mü­əl­lim tərəfindən icra edilməli, şagirdlər isə onun iştirakçısına çevril­mə­lidirlər.

Müəllimin inkişafetdirici bacarıq və vərdişləri dedikdə isə, ilk növbədə şagirdlərdə təfəkkürün inkişafına kömək edən metod­lar­dan, formalardan istifadə etməyi bacarmaq başa düşülür. Şagirdlərin əqli fəaliyyətini inkişaf etdirmək məqsədilə problem – situasiyalar yaratmaq, onlara qazanmış olduqları bilikləri tətbiq etməyi öyrət­mək, əqli nəticə çıxarmağa, müqayisə aparmağa kömək edən sual və tapşırıqların icrasına istiqamətləndirmək bu qəbildəndir.

İstiqamətləndirici bacarıq və vərdişlər dedikdə isə, müəlli­min şagirdlərə düzgün məsləhətlər verməsi, müdrik istiqamətlər ver­mə­si­dir. Xüsusilə uşaq və yeniyetmələr müəllimin istiqamət­verici məs­lə­hətlərinə ehtiyac duyurlar.

Müəllimin pedaqoji bacarıq və vərdişlərinə şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq, onlarda tədris fəaliyyətinə, əmə­yə, peşəyə maraq yaratmaq, şagirdlərin ahəngdar inkişafına nail olmaq və s. aiddir. Ümumiyyətlə, qeyd olunan pedaqoji ba­carıq və vərdişlər düzgün yerinə yetirilərsə, şagirdlərin intellektual səviyyəsinin artmasına səbəb olar. Bunlarla bərabər, təlim pro­se­sində müvəffəqiyyət əldə etmək üçün müəllim pedaqoji qabiliyyətə də malik olmalıdır. Qabiliyyət müəyyən fəaliyyətin müvəffəqiyyətlə icrasına əsas verir. Pedaqoji qabilıyyət özünü ən çox təlim prose­sində göstərir.
 
Pedaqoji qabiliyyətə malik olmayan müəllim heç bir müvəffəqiyyətdən söz aça bilməz. Müəllim uzunmüddətli fəaliyyəti əsasında yiyələndiyi bilik, bacarıq və vərdişlərin, əldə etdiyi məlu­matların toplusu nəticəsində təlim-tərbiyə prosesini səmərəli təşkil edə bilir ki, bu da pedaqoji qabiliyyət hesab edilir.
 

Müəllimlik peşəsində pedaqoji  bacarıq və vərdişlər

 





Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Təhsil Nazirliyi: 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

Təhsil Nazirliyi: 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaş­ma­sına yönələn çalışmalar sistemi

Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaş­ma­sına yönələn çalışmalar sistemi

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

Müəllimlər oxuyun !Pedaqoji  qabiliyyətin  yeddi  qrupu

Müəllimlər oxuyun !Pedaqoji qabiliyyətin yeddi qrupu

Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.

Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.

Təlim prosesində məsələ və ondan istifadə formaları

Təlim prosesində məsələ və ondan istifadə formaları

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Dərsə verilən müasir tələblər

Dərsə verilən müasir tələblər

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...

Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !