Uşaqlarda dizartriyanın müayinəsi - 3 mərhələdə...
Dizartriyalı uşaqlarda loqopedik işin sistemi kompleks xarakter daşıyır.
Səsin analizini və sintezini nəzərə alaraq səs tələffüzü korreksiyası.
Leksik, qrammatik tərəfi nəzərə alaraq səs tələffüzü korreksiyası.
Rabitəli nitqi nəzərə alaraq səs tələfüzü korreksiyası.
Loqopedik işin xüsusiyyətləri ibarətdir;
Artikulyasıyanın masajı.
Artikulyasiya gimnastikası.
Loqopedik ritmika.
Əksər hallarda ümumi və müalicəvi fizioterapiya və dərman müalicəsi.
Loqopedik işin uğurlu olması dizartriyalı uşaqların vaxtında müayinəsindən, korreksiyasından və korreksiya işinin kompleks olmasından asılıdır.
Səs tələffüzü üzərindəiş aşağıdakı qaydada aparılmalıdır:
Dizartriyanın növündən uşağın yaşından və nitq inkişafından asılı olaraq.
Nitqin komunikativlik funksiyasının inkişafı. Nitq tələffüzünün formalaşdırılması dizartriyalı uşağı məktəbdə və sosial həyatda adaptasiya işini təmin etməlidir.
Nitq inkişafı uşaqda özünüidarəetmə öz gücünə güvən inkişaf etdirməlidir.
Səs analizinin və səs eşitmənin differensiasiyasının inkişafına yönəlməlidir.
Kinestetik hissiyat vasitəsilə artikulyasiya orqanlarının hərəkətini gücləndirməlidir.
Mərhələli loqopedik iş qurulmalıdır. Yəni, səs tələffüzünün korreksiyasına uşaqda mövcud olan səslərin üzərindən başlamaq lazımdır. Bəzihallarda sadə motor koordinasiyadan istifadə etməklə sadə səslərdən başlamaq lazımdır.
Ağır qüsurlar zamanı yəni nitq tamamən ətrafdakılar tərəfindən anlaşılmaz olduqda izolə olunmuş səslərdən, hecalardan başlamaq lazımdır.
Əgər uşağın nitqində qüsurlu tələffüz olunan sözlərin içində düzgün tələffüz olunan səslər varsa korreksiya işini açar sözlərdən başlamaq lazımdır. Bütün hallarda səslərin müxtəlif kontekslərdə və nitq stuasiyalarında avtomatlaşdırılması vacib şərtdir.
Loqopedik iş dizartriya zamanı mərhələli şəkildə aparılır.
Ilk mərhələ hazırlıq mərhələsidir. Onun məqsədi artikulyasiya aparatını korreksiya olunan səsə uyğunlaşdırmaqdır. Nəfəs korreksiyasıdır, səs korreksiyasıdır, passiv lüğətin inkişaf etdirilməsidir. Bu mərhələdə vacib məqam sensor funksiyanın yəni səs eşitmənin səs analiz etmənin eyni zamanda səsi tələffüz etmənin və ritmin inkişaf etdirilməsidir. Loqopedik iş dərman müalicəsi, fiziomüalicə, müalicəvi masaj və idmanla birlikdə aparılır.
Ikinci mərhələ ilkin komunikativ bacarıqların formalaşması. Əsas məqsədi nitq inkişafı və səs analizinin inkişaf etdirilməsidir.
Aşağıda qeyd olunmuş artikulyasiya pzulmaları üzərində korreksiya işi aparılır:
Artikulyasiya aparatı əzələrinin tonusunun aşağı olması.
Artikulyasiya aparatı orqanlarının düzgün yerləşməsi üzərində işin aparılması və nəzarət.
Səsin inkişaf etdirilməsi.
Nitq tələffüzünün inkişaf etdirilməsi.
Artikulyasiya aparatının orqanlarının əzələlərinin tonusunun azaldılması üçün ilk növbədə ümumi əzələ masajı aparılır. Daha sonra boyun əzələlərinin tonusunun azaldılması üçün masaj aparılır, sinə və qol əzələlərinin tonusunun azaldılması üçündə masaj edilir. Masajın növbəti mərhələsini üz masajının aparılması təşkil edir. Üz əzələlərinin tonusunun azaldılması üçün alının ortasından başlayaraq gicgaha doğru yüngül sığallama edilir. Bu hərəkətləri loqoped eyni ritmlə və aşağı templə barmaqlarının ucuyla edir. Üz masajında digər hissə qaşların alına doğru barmaqların ucuyla sığallama hərəkətinə bənzəyir. Hərəkətlər eyni templə 2 əllə hər 2 tərəfə edilir.
Növbəti mərhələdə alınnan aşağı doğru sığallama edilir, yanaqlara və boyun əzələlərinə doğru ordan çiyinlərə. Daha sonra dodaq əzələlərinin tonusunu aşağı salmaq üçün masaj edilir. Dodaq masajı zamanı loqoped baş barmağını dodağın selikli qişasında ortasına qoyur, ağzın künclərinə doğru hərəkət etdirir. Dodaq masajı hər 2 istiqamətdə aparılır. Dizartriyalı uşağı masajdan sonra dodaqlarla müəyyən əşyalarlı tutmağı öyrətmək lazımdır. Daha sonra dilin əzələlərinin möhkəmləndirilməsinə başlamaq olar. Nəzərə almaq lazımdır ki, tonusu aşağı salmaq üçün istifadə olunan hərəkətlər zamanı aşağı çənənin əzələləri dilin əzələləri ilə sıx əlaqədə olur.
Dizartriyalı uşaqlarda əksər hallarda ağız açıq olur və kifayət qədər çox ağız suyu ifraz olunur. Buna nəzarəti həyata keçirmək üçün
3 mərhələli iş aparılmalıdır:
Birinci mərhələ zamanı dodaq hərəkətləri gimnastikası, tonusun azaldılması üçün hərəkətlər və taktil hissiyat inkişaf etdirilir. Əsas məqsəd uşağın diqqətini dodaqların yumulmuş vəziyyətində yaranan hissə cəmləşdirməkdir.
Ikinci mərhələ yuxarıda qeyd etdiklərimizin passsiv, aktiv yolla yerinə yetirilməsidir.
Üçüncü mərhələ ağzın açılıb və yumulmasını sözlü təlimat əsasında yerinə yetirmək; ağzı geniş aç, dodağı qabağa aç və s.
Artikulyasiya hərəkətlərinin hissiyatının inkişaf etdirilməsi üçün aşağıdakı mərhələlərdən istifadə etmək lazımdır:
Aşağı çənəni aşağı salmaq və yuxarı qaldırmaq.
Dili yuxarı və aşağı kəsici dişlərin üzərinə qoymağı öyrətmək. Bu hərəkətləri ilk növbədə güzgü qabağında sonra güzgüsüz yerinə yetirmək, daha sonra uşaq gözü bağlı yerinə yetirmək.
Bütün hərəkətləri yerinə yetirdikdən sonra səs tələffüzü korreksiyasına keçilir. Səs tələffüzü korreksiyasına individual yanaşmaq lazımdır. Beləki səsin qoyuluşu hər bir dizartriyalı uşaq üçün fərdi hazırlanır və fərdi olaraq seçilir.