70 ildir insanlara qənim kəsilib- Silah tanrısı
Rus silahının atası, avtomat dünyasının tanrısı Mixail Kalaşnikov…
Onun haqqında fikir birmənalı deyil. Bəziləri hesab edir ki, bu mühəndis hər hansı digər silahdan çox insan həyatına son qoyan avtomatın yaradıcısıdır. Digərləri konstruktoru dünyanın indiki görkəminin memarı adlandırır. Lakin Mixail Kalaşnikovun həm tənqidçiləri, həm də ona pərəstiş edənlər bir fikirdə həmrəydir: onun kəşfi bəşəriyyət tarixini dəyişdi.
Beynəlxalq araşdırma təşkilatı olan Small Arms Survey-in rəyinə görə, "Kalaşnikov” kultu” və "kalaşnikovizasiya” Qafqazın, Yaxın Şərqin, Mərkəzi Asiyanın, Afrikanın bir çox ölkələrinin silah ənənələrini təsvir edən geniş yayılmış terminlər olub. AK-47 Mozambikin bayrağını, Zimbabve, Burkina-Faso (1984-cü ildən 1997-ci ilə qədər olan müddətdə) və Şərqi Timorun herblərini bəzəyir.
Üsyan və inqilabi mübarizənin rəmzi olan AK-47-i cəsarətlə müstəqil kult fenomeni hesab etmək olar.
Dünyanın konturunu dəyişən avtomatın tarixi
"Əlinin altına düşən sağ nə varsa, hamısını məhv etmək üçün bu avtomatdan yaxşı heç nə yoxdur”.
Yerli və xarici mütəxəssislərin fikrincə, 1947-ci ildə ən böyük rus konstruktoru Mixail Timofey Kalaşnikov tərəfindən yaradılmış silah az qala bir əsr olacaq ki, dünyanın 55 ölkəsində bu silahdan istifadə olunur və hələ də tələbat azalmayıb.
Mixail Timofey Kalaşnikov Timofey Aleksandranın və Aleksandr Frol Kalaşnikovun on yeddinci uşağıdır. 1919-cu il noyabrın 10-da Rusiyanın kiçik bir kəndində dünyaya gəlib. Onun valideynləri sadə, sakit, zəhmətsevən kəndlilər olub. Valideynləri Kalaşnikovu ciddi rejimdə tərbiyə edirdi, kiçik yaçlarından kənd təsərrüfatı işlərində özləri birlikdə aparırdılar. Mixail öz yaşıdlarından ağlı və qeyri-adiliyi ilə fərqlənirdi. Texnikaya və ovçuluğa olan marağı isə bu fərqi daha da açıq-aydın göstərir.
Orta məktəbi bitirdikdən sonra Mixail Kalaşnikov şagird kimi "Matay” stansiyasının dəmiryolu deposuna daxil olur, daha sonra Alma-Atada "Turkestano-Sibir” dəmir yolunun bölmələrindən birinin texniki katibi işləyir. 1938-ci ildə Mixail Timofey "Qırmızı Ordu”ya çağırılır və Kiyev xüsusi hərbi dairəsində xidmət edir. Eyni zamanda mexanik-sürücülük məktəbində oxuyur.
Yaradıcısının öz avtomatı haqqında, "İndiyə kimi bir dəfə də olsun görmədim ki, Kalaşnikov avtomatları çirklənəndə atəş açmaqda problem yaransın. Mən onlardan dünyanın müxtəlif yerlərində, Əfqanıstandan Salvadora qədər, Afrika ölkələrindən Bosniya və Hersoqovinaya qədər istifadə etmişəm” dediyi sözlər hələ də öz əhəmiyyətini qoruyub saxlayır.
1943-cü ildə Elizarov və Seminanın işlədikləri 7,62 mm patrona uyğun olaraq yeni silah hazırlanmağa başlayır. Pistolet-pulemyotları əvəz etmək üçün yeni fərdi avtomatik silaha ehtiyac var idi. Bu avtomat dəyişiləbilən maqazin və rejimləri çevirən mexanzimə malik, karabin maqazinli, yəni özü gülləni verən, yüngül pulemyot xassələri özündə cəmləməli idi. Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır.
Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə ö öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Nəticədə Kalaşnikovun avtomatı Deqtyarev, Simonov, Rukavişnikov, Barışev tərəfindən hazırlanmış bütün avtomatlardan üstün sayılır. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə Silahlı Qüvvələrə götürülür.
Konstruktor 1950-70-ci illəri öz ixtirasını təkmilləşdirməyə həsr edir. Sovet Ordusunun silahlandırılmasında bu silahın bəzi unifikasiya edilmiş nümunəsi qəbul edilmişdi: AKM, AKMS, AK-74, AKS-74, AKS-74U, RPK, RPKS, RPK-74, RPKS-74, FK, PKS, PKM, PKSM, PKT, PKMT, PKB, PKMB.
Ölkə rəhbərliyi ölkənin müdafiə qüdrətinin bərkidilməsində Mixail Timofey Kalaşnikovun töhfəsini yüksək qiymətləndirir, ona iki dəfə Sosializm Əməyinin Qəhrəmanı rütbəsi verilib və Lenin mükafatı laureatıdır.
Avtomatın ixtirası hərb tarixində yeni eraya yol açıb. Kalaşnikov birdən-birə "Kalaşnikov” oldu, təbii ki, XX əsrin ən əhəmiyyətli fiquru ilə.