Yaxın illərdə məhv olacaq 7 böyük şəhər
Son günlər dünyadakı təbii fəlakətlər bəzi şəhərlərə böyük ziyan vurub. Vəziyyət hətta o həddə çatıb ki, təbii fəlakətlərin olduğu şəhərlərdən artıq böyük köç yaşanır. Ekspertlər dünyanın müxtəlif yerlərində böyük fəlakətlərin bundan sonra da yaşanacağını və onların sivilizasiyanın mərkəzi sayılan bir sıra şəhərlərin yox olmasına səbəb olacağını söyləyir.
Aztəhsil.com təbii fəlakət ucbatından yox ola biləcək şəhərlərin siyahısını və görüntülərini təqdim edir:
1. San-Fransisko-ABŞ. Bu şəhərin təbii fəlakətdən, daha dəqiq zəlzələdən dağılacağı ehtimal edilir. Yaxın 70 il ərzində San-Fransiskoda 8 bal gücündə dəhşətli zəlzələnin olacağı proqnozlaşdırılır. Burada hündürmərtəbəli binaların sayı çox olduğundan onlar bu zəlzələyə tab gətirməyəcəklər. Əhalisinin sayına görə, San-Fransisko Amerika Birləşmiş Ştatlarının 12-ci, Kaliforniyanın isə 4-cü şəhəridir.
2. Venesiya-İtaliya. Torpaq səviyyəsinin azalması dünyanın ən gözəl şəhərlərindən biri olan Venesiyanın dağılmasına səbəb ola bilər. Son 50 ildə buradakı torpaq kökü 24 santimetrə qədər aşağı düşüb.
3. Detroyt-ABŞ. Amerikanın ən təhlükəli şəhəri məhz Detroyt hesab olunur. Onun əhalisi təxminən 2 milyon idi. Hazırda isə bu rəqəm 700 mindir. Amerikanın avtomobil paytaxtı sayılan şəhərin əhalinin köçməsi üzündən dağılacağı güman edilir.
4. Mexiko–Meksika. Dünyanın ən böyük şəhərləri sırasında olan Mexikonun dağılması iki səbəbdən baş verə bilər. Əvvəla, şəhərin içməli su çatışmazlığı əhalinin kütləvi şəkildə köçünə gətirib çıxara bilər. İkinci səbəb isə şəhərin torpaq sürüşməsi ucbatından dağılmasıdır.
5. Timbuktu–Mali. Bu şəhərin torpaq sürüşməsindən dağılacağı proqnoz edilir.
6. Neapol–İtaliya. Neapol da dağılacağı ehtimal olunan şəhərlər sırasındadır. Bu şəhərin vulkan püskürməsindən sonra məhv olacağı təxmin edilir.
7. Bankok–Tailand. Məhv olacaq şəhərlər sırasında Tailandın paytaxtı Bankok da var. 7 milyon əhalisi olan şəhər dəniz səviyyəsinin qalxması səbəbindən batır. Yaxın 100 il ərzində Bankokun bəzi küçələri əsl kanala çevrilə bilər.