AzTehsil.com


Xəbərlər / Ziyalılar
11 noyabr 2017
4 310


Atatürk ilk və son dəfə ağladı- Milləti isə...



Bu gün bütün Türk dünyası böyük qazi, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım gününü qeyd edir. 

 

Atatürkün həyatının son illərini, əsasən də Dolmabaxça sarayında keçirdiyi son günlərini əks etdirən yazı təqdim edir.

 

Millətinin nicatını və aydın sabahını 57 illik ömrünə sığışdırmağı bacaran ər ürəkli M.K.Atatürk 78 il bundan öncə, 1938-ci ildə Dolmabaxça sarayında vəfat edib.

 

Bir millətin var olma mübarizəsindəki bütün cəbhələrdə ən öndə yer almış Atatürk ömrünün böyük bir hissəsini cəbhədə keçirib. 1923-1938-ci illər arasındakı siyasi fəaliyyət isə Atatürkü olduqca zəiflədib. Zaman-zaman səhhətində müxtəlif problemlər yaşanıb, 1937-ci ilin sonundan başlayaraq isə səhhətindəki yaranmış ciddi xəstəlik getdikcə daha ağırlaşıb.

 

1938-ci ilin əvəllərində Atatürk ayaqlarında yaranmış qaşınmaya görə müalicə almaq məqsədilə Yalovaya gedir. Həkimi müayinə zamanı Atatürkün qara ciyərinin böyüdüyü və qalınlaşdığı aşkar edilir. Qısa müddət ərzində yerli və xarici həkimlər də Atatürkü müayinə edirlər və bu müayinələrdən sonra ona qaraciyər serrozu diaqnozu qoyulur. Həkimlər Atatürkə bundan sonra müalicə ilə yanaşı ciddi pəhriz gözləməyi və bolluca istirahət etməyi məsləhət görürlər. Ancaq Atatürk hər zaman vətənin və millətin gələcəyini öz həyatından üstün tuturdu. Bu səbədən də özünü bir qədər yaxşı hiss edən kimi yenidən iş başına keçir.

 

Müharibənin astanasında dünyanın problemləri və daha da əhəmiyyətli olan Hatay məsələsi beyninə rahatlıq vermirdi. Düzdür, Hatay vilayətinin muxtariyyəti təmin olunmuşdu. Ancaq Millətlər Cəmiyyətinin regionda keçirdiyi siyahıya almada Türklər azlıq, ərəb və ermənilər çoxluq təşkil edirdi. Bu vəziyyətə etiraz etmək, Fransaya hansısa mənada təsir etmək məqsədilə türklər Antakyada mitinq keçirmişdilər. Atatürk xəstəliyinə baxmadan Ankarada "19 May Gənclik və İdman Bayramı”nı qeyd etdikdən sonra qatarla Mersinə səfər edir. Oradakı yorucu iş qrafiki və boğucu istilər Atatürkün xəstəliyini bir qədər də artırır. Həmin tarixdən bir il sonra Hatay anavətənə birləşdirilir və Atatürk bununla da millətinə qarşı son vəzifəsini də yerinə yetirmiş olur.

 

Gazi Mustafa Kemal Atatürk'ün Dolmabahçe Sarayı'ndaki son 10 günü 6 resim

 

Atatürk 29 oktyabrdan 7 noyabra qədər son 10 gündə xəstəliklə mübarizə aparır. 29 oktyabr 1938-ci ildə Parisdən gətirilmiş həkim xəstəliyinin daha da ağırlaşdığını bildirir. Həmin ərəfədə Atatürk Cumhuriyyətin 15-ci ilini qeyd etmək üçün Ankarada keçiriləcək şənliklərdə iştirak etmək istəyir. Ancaq səhəti onun Ankaraya getməsinə imkan vermir. Atatürk bu vəziyyətdən çox pərişan olur, xəstə yatağında Ankaraya gedə bilməməyinə təəssüflənir. Hava qaraldıqca havaya atılan bayram fişənglərinin səsi eşidilir. Atatürk bu səslərin nə olduğunu soruşur, ona göyün guruldadığını deyirlər. Atatürk əlbəttə ki, aldığı cavaba inanmır.


Həmin vaxt gözlənilməz bir hadisə baş verir. O anda 29 oktyabr mərasimindən qayıdan Qülləli Hərbi Liseyinin şagirdlərini aparan bərə Dolmabaxça sarayının qarşısından keçirmiş. Bərədəki şagirdlər səs-səsə verib "Atamızı görmək istəyirik” deyə qışqırmağa başlayırlar. Daha sonra İstiqlal marşını və 10-cu il marşını oxuyurlar. Atatürkün silahdaşı Qılınc Əli dərhal pəncərəyə tərəf qaçır. Geri baxanda isə görür ki, Atatürk yatağında qalxıb oturub. Orada olanlar Atatürkün ilk dəfə o gün ağladığını görürlər.


Xəstəliyinə görə bayram şənliklərinə gedə bilməyən Atatürk göndərdiyi təbrik mətubuna "Böyük məclisə başlayacağı bütün işlərdə uğurlar arzulayıram” sözünü əlavə etmişdi və bu sözlər Atatürkün millətinə dediyi son sözləri olmuşdu.


Atatürk 29 oktyabrdan 7 noyabra qədər 10 günü yarı yatılı, yarı oyaq vəziyyətdə keçirir. Yuxuda olarkən bəzi sözləri təkrar edir, ayıldıqda isə süd, düyü suyu və meyvə suyu içməyə çalışır. Son günlərində ənginar yemək (tərəvəz növü) istədiyini deyir. Lakin o zaman İstanbulda ənginar olmadığından Hataydan sifariş edilir. Ənginar gətiriləndə isə Atatürk artıq yuxuda olur, ənginarı yemək qisməti olmur.

Noyabrın 5-də bir qədər özünə gələn kimi olur, çarpayısının başında oturmuş Məqbulə xanım, Afət xanım və Sabiha xanım, zərif sümüklü əlini son dəfə öpərək Atatürklə vidalaşırlar.


Noyabrın 5-dən 6-na keçən gecə narahatlığı daha da artıq, 7 noyabrda isə daha da ağırlaşır. Qarnına yığılmış su daha da çoxalır, sinəsinə və ürəyinə təzyiq edir. 7 noyabrda qanlı tüpürməyə başlayır. Bundan dərhal sonra həkimlər Atatürkün qarnından 6 litr həcmində su çəkir. Bundan sonra hərarəti artsa da, bir qədər rahatlaşır. Axşam 20:00-dan gecə yarısına qədər rahat yatır. Gecəyarısı oyanır və 8 noyabra qədər özündə olmur.


Noyabrın 9-da Atatürk tez-tez öskürməyə başlayır, tərləyir, saat 11-dən başlayaraq 3-ə qədər həkimlər ona oksigen verir. Axşama doğru isə yenidən komaya girir. 9-dan 10-na keçən gecə isə olduqca çətin keçir. Həkimlər fasilələrlər Atatürkə oksigen verirlər. Səhər 9-dan başlayaraq sinəsi sürətlə enib qalxmağa başlayır.


O gün Dolmabaxça sarayının çölünə yığılmış millət narahatlıq içindəydi. Hər kəs diqqətlə radionun verəcəyi məlumatı gözləyirdi. Saray səssizliyə qərq olmuşdu. Saat 10-a beş dəqiqə işləmiş isə dünya sükuta daldı, ətraf matəmə büründü. Atatürkün Yavəri Salih Bozok şüursuz şəkildə sarayın pilləkənlərindən aşağı qaçdı. Alt mərtəbədəki otaqlardan birinə girib qapını örtdü. Az sonra içəridən silah səsi eşidildi. Səsi eşidib otağa qaçanlar yavəri qan içində tapdılar. Tapançasıyla ürəyinə açdığı bir gülləylə yerə yıxılmışdı. Yavəri Atatürkü əbədiyyətə də tək buraxmamışdı…

Bütün türklərin qəlbini fəth etmiş Atatürk cismi ilə millətindən ayrılsa da, indiyə qədər qəlblərdə əbədi yaşayır və yaşayacaq da.

 

Babək Cəfərov




Загрузка...
Həmçinin oxuyun:
Atatürkün vəfatından 79 il ötür

Atatürkün vəfatından 79 il ötür

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Məktəblərdə istilik PROBLEMİ - QIŞ MÖVSÜMÜNƏ KEÇİD...

Məktəblərdə istilik PROBLEMİ - QIŞ MÖVSÜMÜNƏ KEÇİD...

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?

Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

Bu gecə nə baş verəcək?- DİQQƏT

Bu gecə nə baş verəcək?- DİQQƏT

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Gecə yemək yeyənlər BU XƏSTƏLİKLƏRƏ tutula bilər

Gecə yemək yeyənlər BU XƏSTƏLİKLƏRƏ tutula bilər

Nadir Şah yatağında belə öldürüldü- Fakt

Nadir Şah yatağında belə öldürüldü- Fakt

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Qara şokoladın faydaları - Qan təzyiqini aşağı salır...

Qara şokoladın faydaları - Qan təzyiqini aşağı salır...

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı