Martın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib.
Aztəhsil.az xəbər verir ki, test imtahında 29 yanvar- 13 fevral 2026-cı il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 279 namizəd iştirak edib.
Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə 20 vəzifə çıxarılıb.