Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR
Soyuq havaların özünü hiss etdirməsi ilə burun axıntıları, baş ağrıları, boğaz ağrıları və öskürək kimi bir çox soyuqdəymə halları artır.
Soyuqdəymə fərqli virusların səbəb olduğu bir infeksiya növüdür. Çox ağır olmadığı təqdirdə evdə təbii yollarla müalicə oluna bilər.
Aztəhsil.com soyuqdəyməyə faydalı olan təbii vasitələr barədə məlumat verir.
Sarımsaqlı qarışım
Bir ədəd sarımsağı yaxşıca əzdikdən sonra iki çay qaşığı limon suyu əlavə edin. Sonra onu bir çay qaşığı bal və yarım çay qaşığı qırmızı bibərlə qarışdırın. Bu qarışımı soyuqdəyməniz çıxana qədər hər gün qəbul edin.
Zəncəfil
Zəncəfil, mixək və duz ilə hazırlayacağınız qarışımdan gündə yarım çay qaşığı qəbul edərək sağlamlığınıza tezliklə qovuşa bilərsiniz.
Bal
Bir çay qaşığı bala limon suyunu damcıladaraq yeyin. Bu qarışımı qısa aralıqlarla istifadə etmək soyuqdəyməni aradan götürür.
Darçın
Bir stəkan qaynar suya atdığınız bir yemək qaşığı toz darçın və iki mixəyi 15 dəqiqə dəmləyin. Daha sonra içərisinə bir az bal qataraq, gün ərzində üç dəfə qəbul edin.
Toyuq suyu şorbası
Hazırladığınız toyuq suyu şorbası, tərkibində olan vitaminlər sayəsində soyuqdəyməni müalicə etməyə kömək edir. Yaxşı bir antioksidantdır. İmmuniteti gücləndirərək, soyuqdəyməni qısa bir zamanda yox edir.
Hazırlanması:
İki stəkan toyuq suyu, üç stəkan su, bir stəkan nazik vermişel və duz qaynadılır. Bişdikdən sonra, istiot və limon sıxıb yeyə bilərsiniz.