Xəbərlər
30 oktyabr 2017
1 839


Tələbə rejissorlar imtahan verdilər

Tələbə rejissorlar imtahan verdilər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissorluğu” fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər.


Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, imtahan prosesi Musiqili Teatrın kiçik səhnəsində - Gənclərin Yaradıcılıq Studiyasında baş tutub. İmtahan işi kimi Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası nümayiş olunub.


Tamaşada rolları Şəbnur Allahverdili (Gəncə Dövlət Dram Teatrının rejissor assistenti), Rəşid Soltanov (Bakı Bələdiyyə Teatrının aktyoru), Vüsal Qasımov (Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı), Ləman Məmmədli (Sumqayıt Dövlət Musiqili Dram Teatrının rejissor assistenti), Gülər Kazımova (Neftçala rayonu) və Aysel İbrahimova (Bakı) ifa ediblər. Tamaşanın nümayişindən sonra kurs rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev çıxış edib.


"Sizi təbrik edirəm! Uğurlu bir iş alınıb. Bu gün hər biriniz çox yaxşı çıxış etdiniz, hər birinizin oyunundan xoş bir enerji aldım. Sizin hər biriniz bir sahədə çalşırsınız. Amma hamınız yaradıcı işlə məşğulsunuz, Azərbaycan mədəniyyətinə xidmət edirsiniz. Bax, bizim hamımızı birləşdirən ümumi cəhət budur. Mən bilirəm ki, burada öyrəndiklərinizi öz iş yerlərinizdə uğurla tətbiq edəcəksiniz Doğrudur, kiçik çatışmazlıqlar olsa da, düşünürəm ki, bunlar zamanla, təcrübə ilə tədricən həll olunacaq məsələlərdi. Sizə bir daha uğurlar arzulayıram”, - deyə Ə. Lalayev bildirib.


"Musiqili Teatr kimi qədim sənət məbədində imtahan vermək hər kəsə nəsib olan xoşbəxtlik deyil. Burada yaradıcı gənclər üçün hər cür şərait yaradılıb. Tədris prosesində Musiqili Teatrın bütün sexləri ilə tanış olduq. Bu müddət ərzində özümüzü əsl teatr və yaradıcı mühitdə hiss etdik. Bu işin xüsusi cəhətlərindən biri də odur ki, hər birimiz burdan gedərkən iş yerlərimizə buranın yaradıcı havasını aparacağıq.


Burada bizə yaratdığı şəraitə, verdiyi yüksək qiymətə, xoş sözlərə, xoş münasibətə görə təbii ki, ilk növbədə əziz müəllimimiz Əliqismət Lalayevə bir daha təşəkkürümüzü bildiririk”, - deyə söhbət zamanı imtahanı uğurla vermiş tələbə-rejissorlar söyləyiblər. Qeyd edək ki, nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir.

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Ən yaxşı musiqili smartfonlar- TOP-%

Ən yaxşı musiqili smartfonlar- TOP-%

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Moskvada "Koroğlu" baletinin premyerası keçiriləcək

Moskvada "Koroğlu" baletinin premyerası keçiriləcək

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

DİM-dən qəbul imtahanları ilə bağlı daha bir AÇIQLAMA

DİM-dən qəbul imtahanları ilə bağlı daha bir AÇIQLAMA

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi