AzTehsil.com
EN


Xəbərlər
02 iyun 2017
3 739


Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...



Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

 

Məlumdur ki, həm dövlət, həm də özəl ali təhsil ocaqlarının müəyyən təhlükəsizlik sistemləri var. Məhz bunun sayəsində tələbələrin və əməkdaşların təhlükəsizliyi təmin edilir.
Bəs hazırda universitetlərdə bu sistem necə qurulub? Xüsusilə də yay imtahan sessiyasının başladığı dönəmdə universitetlər təhlükəsizliyi necə təmin edir?
Aztehsil.com xəbər verir ki, modern.az saytı bununla bağlı bir neçə ali təhsil ocağı ilə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri  Pərvanə İbrahimova: 
"Universitetin öz mühafizə xidməti var. Müvafiq olaraq bütün giriş qapılarında, o cümlədən hər korpusda mühafizə xidmətinin əməkdaşları dayanır.  Dərsə gələn tələbələr və işçilərdən vəsiqələr  tələb olunur.  Düzdür, uzun müddətdir işləyən mühafizəçilər artıq tələbələri və yaxud işçiləri tanıyır. Amma umumiyyətlə, hər səhər tələbə biletləri əsas və ya keçid darvazalarında yoxlanılır.
Bəzən tələbənin bileti evdə qalır. Bu, sessiya zamanı da baş verə bilər. Həmin vaxt aidiyyatı dekanlıqların təqdimatı ilə tələbələr imtahana buraxılır və ya univeristetə girişləri təmin edilir. Kənar yerdən hansısa şəxs universitetə daxil olmaq istəyəndə isə kimin yanına gəlibsə, onunla əlaqə saxlanılıb daha sonra buraxılır”.

Azərbaycan Texniki Universiteti mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:
"Azərbaycan Texniki Universitetinin mühafizəsi yüksək şəkildə təşkil olunub. Tələbələrin və əməkdaşların təhlükəsizliyini təmin etmək üçün universitetlə Mühafizə Polisi arasında 2000-ci ildə xidmət müqaviləsi imzalanıb. Həmin müqaviləyə əsasən, universitet daimi olaraq Mühafizə Polisindən təyin olunan polis əməkdaşları tərəfindən qorunur. Bundan əlavə, AzTU-nun özünün gözətçilər dəstəsi də var. Gözətçilər dəstəsi polislə birgə həm giriş-çıxışa, həm də Universitetin daxilinə nəzarət edir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mənsur İbrahimov:
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Qartal” mühafizə xidməti ilə əməkdaşlığı var. Bu,   Daxili İşlər Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyət göstərir. Həmin mühafizə xidməti ilə müqavilə imzalamışıq. Bütün korpuslarımızda həmin mühafizə xidmətinin əməkdaşları təhlükəsizliyi təmin edirlər. Universitetin əməkdaşları  işə gələrkən vəsiqələrini, tələbələr  isə tələbə biletlərini göstərib daxil olurlar. Təhklükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir”.

Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov:
"Universitet binası kamera sistemi ilə təchiz olunub, təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan əməkdaşlar var. Universitet binasına giriş-çıxış ciddi nəzarət altında saxlanılır”.

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev:
"Universitetdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub. Binanın bütün istiqamətləri veb-kameralar, o cümlədən mühafizə xidmətinin əməkdaşları ilə təmin edilib. Universitetə giriş iki istiqamətdə aparılır. Burada da növbəli xidmətin əməkdaşları vəzifəsini icra edir. Universitetə tələbələrin girişi yalnız kodlaşdırılmış tələbə kartı ilə mümkündür. Burada turniket fəaliyyət göstərir və kimin universitetə nə zaman girib-çıxması tam şəffaf qaydada görünür. O cümlədən, müəllimlər də bu xidmətdən istifadə edir. Demək olar ki, universitetin bütün otaqları kameralaşdırılıb və ayrıca izləmə otağı ayrılıb. Dərslər də bir qayda olaraq izlənilir”.

"Azərbaycan” Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı:
 "Universitetin öz nəzarət xidməti var. Bunu biz hansısa qurumdan satın almırıq. Eyni zamanda hər iki tədris korpusu,  universitetin bütün ərazisi təhlükəsizlik kamerası ilə müşahidə edilir.  Mühafizə xidməti bütün auditoriyalara, dəhlizlərə , giriş-çıxışlara nəzarət edə bilir”.



Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

Yanvarın 18də ADU-da mediatur təşkil olunub

Yanvarın 18də ADU-da mediatur təşkil olunub

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Xəzər TV-nin əməkdaşları ADPU-nun Heydər Əliyev Mərkəzində

Xəzər TV-nin əməkdaşları ADPU-nun Heydər Əliyev Mərkəzində

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib

Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

GDU-nun müəllimləri Varşavada

GDU-nun müəllimləri Varşavada

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

AzMİU-da "Açıq qapı" günü keçirilib

AzMİU-da "Açıq qapı" günü keçirilib

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb