Xəbərlər
01 may 2017
3 460


DİM-dən qəbul imtahanları ilə bağlı daha bir AÇIQLAMA

DİM-dən qəbul imtahanları ilə bağlı daha bir AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
 
DİM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə modern.az-a açıqlamasında imtahanlar barədə ümumi məlumat verib.
 
"Dünənki imtahanda 35 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulmuşdu. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
 
İlkin məlumatlara əsasən 3 abituriyent imtahana mobil telefonla daxil olmağa cəhd edib. Həmin abituriyentlər imtahan binasına buraxılmayıb və nəticələri ləğv ediləcək.
 
Bu gün səhər saatlarından etibarən imtahan protokollarının və cavab kartlarının emalı prosesinə start verilib”.
 
Xanlar Xanlarzadə deyib ki, yaxın 3-4 gün ərzində abituriyentlərin imtahan nəticələri və cavab kartlarının qrafik təsvirləri DİM-in saytında yerləşdiriləcək”.






Загрузка...