Xəbərlər
26 aprel 2017
2372

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

 

Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 2016-2017–ci tədris ili üçün fəaliyyətinin yekunları ilə bağlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan THİK-in sədri, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədov komitənin illik fəaliyyətinin yekunları barədə məlumat verib və qazanılan uğurlardan danışıb. Qeyd edib ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov THİK-in fəaliyyətninə xüsusi diqqət və qayğı göstərir. Tədbirdə ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, rektorun köməkçiləri Ümid Mehdiyev, Riyad Rüstəmli və Tələbə Gənclər Təşkilatının sədri Cavid Hüseynov iştirak ediblər. 
 

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

 

Qeyd edək ki, hesabat ilində fərqlənən tələbələr fəxri fərman və diplomlarla təltif ediliblər. Musiqili və əyləncəli proqramla davam edən tədbirdə universitetin ictimai həyatında fərqlənən 154 nəfər fəal tələbəsi iştirak edib.



DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...