Xəbərlər
19 yanvar 2017
1500

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin qiyabi şöbəsində "Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alan IV və V tədris ili tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr edilmiş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan fakültənin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov pedaqoji təcrübənin tələbələrin nəzəri biliklərinin praktiki vərdişləri ilə birləşdirən vacib proses olduğunu, pedaqoji təcrübə zamanı qazanılmış vərdişlərin gələcək peşə fəaliyyətində önəmli rolunu qeyd etmişdir. Sonra fakültənin pedaqoji təcrübə rəhbəri, dosent Xəlil Padarov cıxış edərək təcrübəçi tələbələrə uğurlar arzulamış, təcrübə zamanı hansı məqamlara diqqət etmələrini, məktəbin daxili intizam qaydalarına əməl etməyin vacibliyini vurğulamışdır. Sonra siyahı üzrə tələbələrin məktəblər üzrə bölğüsü elan olunmuşdur. Konfransda universitet üzrə pedaqoji təcrübənin rəh¬bəri Solmaz Məmmədova, Texnologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent S.Musayeva, dosent S.Əliyeva çıxış edərək tələbələrə pedaqoji təcrübədə uğurlar arzulamışlar.

 

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

 

aztehsil.com





Whatsapp'ta Paylaş



Загрузка...
loading...