Xəbərlər
05 fevral 2017
1499

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

 

Fevral ayının 2-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 2 Fevral-Azərbaycan Gənclər Günü münasibəti ilə yaradıcı və istedadlı gənclərin mükafatlandırılması ilə bağlı tədbir keçirib. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, universitet rektorları, o cümlədən ADPU-nun rektoru, professor Cəfər Cəfərov, rayon icra hakimiyyətlərinin başçıları, UNİCEF-in və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Cavid Hüseynov 2016-cı ildəki uğurlu fəaliyyətinə görə 2 Fevral-Azərbaycan Gənclər Günü münasibəti ilə təşkilatın tarixində ilk dəfə olaraq təltif edilib.
 
aztehsil.com




Whatsapp'ta Paylaş



Загрузка...
loading...