AzTehsil.com


Xəbərlər / İKT
30 oktyabr 2017
2 350


Azərbaycanda internetin zəifləməsinin səbəbi açıqlandı - PROVAYDERLƏRƏ İTTİHAM



Azərbaycanda internetin zəifləməsinin səbəbi açıqlandı - PROVAYDERLƏRƏ İTTİHAM

"Delta Telekom LTD” MMM son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərə aydınlıq gətirib.


Aztəhsil.com ölkə.az-a istinadən "Delta Telekom LTD” MMM-dən sorğuya cavab olaraq bildirilib ki, bir neçə yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, onlara olan borclarını ödəmir və nəticədə maliyyə çətinlikləri yaranıb:


Son vaxtlar ölkədə internetin sürəti və keyfiyyətinin aşağı səviyyədə olması, xüsusilə pik saatlarında dözülməz həddə çatması haqqında mətbuatda ciddi müzakirələr gedir.


Bununla əlaqədar deyə bilərik ki, bu cür narazılıqların yaranmasına səbəb ikinci dərəcəli internet provayderlərinin işini düzgün qurmaması, gəlirləri olduğu halda texnologiyanı yeniləməməsi, ən əsası isə müştəri sayının bir neçə dəfə artmasına baxmayaraq, aldığı internet yükünü artırmaması nəticəsində baş verir.


Nəticədə müxtəlif statistik göstəricilərdə və beynəlxalq müzakirələrdə, eləcə də ölkəmizə gələn qonaqlarda Azərbaycanda internet sürətinin aşağı səviyyədə olması barədə rəylər səslənir. Əslində isə əsas provayder olaraq "Delta Telekom LTD” MMM həmişə olduğu kimi, bu gündə ölkəni sürətli, keyfiyyətli və rezervli (sığortalanmış) internetlə təmin edir. Ölkədə internetə olan tələbat ikiqat artarsa, müəssisənin texniki göstəriciləri imkan verir ki, bu artıqlanması ilə ödənilsin.


Bu məqsədlə müəssisənin imkanlarının artırılması və mütəmadi olaraq texnologiyanın yenilənməsi istiqamətində iş aparılır, kadr heyətinin daha da təkmilləşməsi üçün xarici şirkətlərlə təcrübə mübadiləsi həyata keçirilir. Onu da qeyd etmək istəyirəm ki, "Delta Telekom”da yarandığı gündən bu günədək yalnız yerli mütəxəssislər fəaliyyət göstərib.


Delta Telekom LTD” MMM-in mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, yaxın günlərdə bir neçə provoyderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir:


Müəssisəmiz tərəfindən göstərilən xidmətlərlə yanaşı problemlər də mövcuddur. Yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, müəssisəmizə olan borclarını ödəmir və maliyyə çətinlikləri yaranır. Uzun müddət bu hallara güzəştlə yanaşsaq da artıq problemin məhkəmə yolu ilə həll olunmasına çalışırıq.


Hazırda "Qlobal Networks” MMC, "CNC AZ” MMC, "Data Plus” MMC və bir neçə dövlət təşkilatları ilə məhkəmə prosesi davam edir. Həmin provayderlərin toplam olaraq 3 milyon manatdan artıq borcları vardır. Bununla əlaqədar olaraq hər üç şirkətə göstərilən xidmətlərə məhdudiyyət tətbiq olunur ki, bundan da həmin provayderlərin müştəriləri əziyyət çəkir.


Baxmayaraq ki, müştərilər pullarını əvvəlcədən ödəyiblər. Yaxın günlərdə bu provayderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir. Yuxarıda qeyd olunan provayderlərin müştərilərinə bildirmək istərdik ki, internet xidmətləri dayansa problemin müəssisəmizdən qaynaqlanmadığını, pulunu əvvəlcədən ödədikləri provayderlərin yarıtmaz işi nəticəsində baş verdiyindən məlumatlı olsunlar. 




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur.

Saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur.

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA