AzTehsil.com

Xəbərlər / Cəmiyyət
08 sentyabr 2017
3 993

Yataqxana problemi və universitetlərin planları

Tələbələrə şad xəbər: bir ildən sonra müasir otaqlarda qalacaqlar

Universitetlərə qəbul imtahanlarının cavabları açıqlandıqdan sonra tələbələr üçün yeni dövr başlayır. Xüsusilə də bölgələrdə yaşayan tələbələr üçün bir sıra problemlər yaranır. Yeni mühit, yeni tanışlıqların həyəcanı bəs deyilmiş kimi, bir də  "Bakıda harada qalacam?”  sualı  onları narahat edir. Bakıda qohumu, tanışı olmayan biri üçün paytaxta gəlib yeni həyata başlamaq olduqca çətindir.  Tələbələr ən çox da mənzil tapmaqda çətinliklə üzləşirlər.  Əslində, tələbə hansı universitetə qəbul olubsa, onun yataqxanasında qalmaq imkanı əldə etməlidir.  Amma çox təəssüflər olsun ki, bugünkü şəraitdə bu mümkün deyil. Hazırda demək olar ki, heç bir universitet tam şəkildə tələbələrini yataqxana ilə təmin edə bilmir. Demək olar ki, bu problem bir neçə ildir ki, gündəmdədir, amma buna baxmayaraq hələ ki, öz həllini tapmayıb.  Bəs görəsən ali məktəblər bu barədə nə düşünürlər? Nə zamanadək tələbə yataqxanası mövzusu problem olaraq qalacaq? Universitetlər bu məsələnin həlli üçün hansı addımı atmağı planlaşdırırlar?
Bu kimi bir sıra suallarımıza cavab tapmaq üçün universitetlərlə əlaqə saxlayıb, məsələ ilə bağlı onların da fikirlərini öyrəndik.
Bakı Slavyan Universitetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev bildirir ki, yataqxanalarında həm əcnəbi, həm də yerli tələbələr yerləşdirilib: "Bizim universitetin 4 yataqxanası var. Bunlardan 3-ü – 1,2, və 4 nömrəli yataqxanalar məcburi köçkünlərin istifadəsindədir. 3 nömrəli yataqxananın 1-ci və 3-cü mərtəbələri tələbələrimizin ixtiyarındadır. Həmin yerdə 50  yerli, 20 nəfər xarici tələbə qalır.  Növbəti təhsil ili üçün isə bizim bu məsələ ilə bağlı bir layihəmiz var.  "Tik, istifadəyə ver və təhvil ver” adlı layihə çərçivəsində ali məktəblə müəyyən şirkətlər arasında olan müqaviləyə əsasən universitet üçün yeni yataqxananın tikilməsi nəzərdə tutulur.  Bildiyimə görə, yataqxana hündürmərtəbəli göydələn formasında olacaq. Müasir səviyyədə, yeni təchizatla təmin olunmuş yataqxana istifadəyə veriləcək.  Təbii ki, bu hələ ilkin planlaşdırmadı. Real olaraq bir iş görülməyib”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov qeyd etdi ki, Universitetin yeddi yataqxanası olub: "Onlardan 6-sı sökülüb, 1-i qalıb.  Sökülənlərin yerində Təhsil Nazirliyinin  və Heydər Əliyev Fondunun ideya dəstəyi ilə yeni 1000 nəfərlik yataqxana kompleksi tikilməyə başlanılıb. 2018-ci ilin sentyabrın 15-də istismara veriləcək.  Bu yataqxana tam müasir standartlara uyğun olacaq.  Yataqxanada yalnız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə deyil, digər universitetlərin də tələbələrinin yerləşməsi üçün şərait yaradılacaq. Qiyməti də çox münasib olacaq.  Bizim qalan 1 yataqxanamız isə 320 nəfərlikdir.  Üç nəfərin qaldığı otaqda aylıq ödəniş 35 manatdır. Amma bunu da qeyd edim ki, təmir vəziyyəti elə də qənaətbəxş deyil. Əsasən həmin yataqxanada əcnəbi tələbələrimiz yerləşdirilib. Amma müraciət edən yerli tələbələrimiz də orada qala bilir”.
Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinin müdiri Araz Ağayev deyir ki, müəyyən qədər də olsa, tələbələri yerləşdirə bilirlər: "Bizim universitetin əslində 2 yataqxanası var. Ancaq oğlanlar üçün olan  yataqxanamızda məcburi köçkünlər yerləşib. Qızlar üçün olan isə hazırda tələbələrin ixtiyarındadır. Yataqxanamız 2-3 otaqlı mənzillərdən ibarətdir. Təqribən 200 tələbənin yerləşməsinə imkan var. Hələ ki yataqxana mövzusu ilə bağlı yeni bir şey düşünməmişik”.
Bakı Dövlət Universitetinin  İqtisadi və Təsərrüfat İşləri üzrə  prorektoru  Nəbi Ramazanlı bildirdi ki, universitetin yataqxanaları sökülüb və cəmisi bir yataqxanası qalıb: "Həmin binanı da əsaslı təmir edib xarici tələbələrin ixtiyarına vermişik.  Yataqxana ilə bağlı bir layihəmiz vardı.  Demək olar ki, hər gün müəyyən yerlərlə danışıqlar aparılır. Sentyabr ayının 7-si və ya 8-i Asiya Bankın əməkdaşları ilə görüşümüz olacaq. Biz konsul təşkilatlar axtarırıq. Hələlik bəzi təkliflər olub. Əgər konkret olaraq bir təklifin üzərində qala bilsək, bu işi sona çatdıra biləcəyik.  Amma bir problemimiz var ki, heç kim birdən-birə 200-300 milyon pulunu qoyub, onu 10, 20 ilə geri götürməyi düşünmür. Çünki insan ömrü çox qısadır. Heç kim zəmanət verə bilməz ki, həmin şirkət qoyduğu pulu geri qaytara biləcək.  Elə məsələlər var ki, bu, universitetin imkanları xaricindədir.  Məncə, dövlət dəstəyi olarsa, yaxın gələcəkdə bu problemi həll etmək olar.  Hazırda rəsmi olaraq yataqxanamızda 180 nəfərə yaxın tələbə qalır. Həmçinin həmin binada yerləşənlərin 26-sı universitet əməkdaşlarının, 12-si isə məcburi köçkünlərin ailəsidir”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri  Bayram Aslanov  deyir ki, yataqxananın bir korpusu tam olaraq tələbələrin ixtiyarındadır. Digər beş korpuslarda isə məcburi köçkünlər yerləşib: "Bütün universitetlərdə olduğu kimi bu problem bizdə də var.  Bir korpusda 252 tələbə yerləşdirmək imkanımız var. Təbii ki, yataqxanaya  tələbat çoxdur. Amma biz çalışırıq ki, kirayə qalmağa heç imkanı olmayan tələbələrimizi orada yerləşdirək.  Düşünürəm ki, hər bir universitetin yataqxana kampının olması  çox gözəl olardı. Bu da təhsilə birmənalı şəkildə öz müsbət təsirini göstərən amildir.  Arzu edərdik ki, bizim universitetin də belə bir şəraiti olsun və tələbələrimizi rahatlıqla orada yerləşdirə bilək”.
Azərbaycan Texniki universitetinin mətbuat xidmətinin rəhbəri  Nicat Abdullayevqeyd edir ki, digər universitetlərdə olduğu kimi Texniki universitetdə də yataqxana problemi mövcuddur: "Bizim universitetin 6 korpusdan ibarət yataqxanası var. Vaxtilə ölkədə ən böyük yataqxanaya sahib olan universitetlərdən biri olub.  Sadəcə, 1990-cı illərin əvvəllərində Qarabağda baş verən proseslər nəticəsində ev-eşiyindən didərgin düşən məcburi köçkünlərimiz bizim yataqxanalarda yerləşiblər deyə, tam olaraq tələbələrimizin hamısını təmin edə bilmirik. Altı korpusdan yalnız bir korpusda bizim tələbələr yerləşib. 220 nəfər tələbəmiz hazırda yataqxana ilə təmin olunub. Həmin korpusun birinci və ikinci mərtəbəsində isə məcburi köçkünlərin uşaqları üçün orta məktəb fəaliyyət göstərir. Digər 3 mərtəbəsində isə bizim tələbələr yerləşdirilib. Həmin tələbələr isə sosial vəziyyəti çox ağır olanlardır. Hansı ki, kirayə qalmağa imkanı yoxudur. Təbii ki, səbirsizliklə gözləyirik ki, məcburi köçkünlər doğma yurdlarına qayıtsınlar, və biz də yataqxana kompleksimizi təmir edib, tam şəraitli vəziyyətdə tələbələrimizin ixtiyarına verək”.

Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Abel Məhərrəmov: “Yeddi min tələbə üçün böyük yataqxana kompleksi inşa olunacaq”

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakıda tələbə faciəli şəkildə öldü

Bakıda tələbə faciəli şəkildə öldü

Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Əcnəbi tələbələr arasında ilk TEDx formatlı yarışma keçirilir

Əcnəbi tələbələr arasında ilk TEDx formatlı yarışma keçirilir

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

700 bal toplamış 8 Abituriyent Bakı Mühəndislik Universitetində oldular

700 bal toplamış 8 Abituriyent Bakı Mühəndislik Universitetində oldular

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq