AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
13 noyabr 2025
1 151

Nazir məktəblərin bağlanmasından danışıb: İxtisarlar davam edəcək

Tələbə kreditləri ilə bağlı ya daha çox tələbəyə yalnız təhsil haqqını ödəməklə yardım edirik, ya da daha az tələbəyə həm təhsil, həm də yaşayış xərclərini qarşılamaqla dəstək verə bilərik. Burada əsas məsələ balanslı yanaşmadır.

AzTehsil.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir məktəblərin ixtisarından da danışıb. O bildirib ki, məktəblərin ixtisarı davam edəcək: "Biz buna “ixtisar” deyil, “səmərəlilik” yanaşması deyirik. Çünki 5-10 nəfərlə fəaliyyət göstərən məktəblərdə keyfiyyətli təhsilin təmin olunması real deyil. Məsələn, bir məktəbdə 10 şagird varsa, hər sinifdə 2 nəfərdirsə, o uşaqlara musiqi dərsində xor öyrətmək, idman, qrup oyunu və sosiallaşma bacarığı aşılamaq mümkün deyil. Belə bir məktəbdən məzun olan şagirdin neçə dostu olacaq? Bu onların gələcək həyatına necə təsir edəcək?

Bizim əsas məqsədimiz daha çox iş yerini qorumaq yox, daha keyfiyyətli təhsil təmin etməkdir. Bir sinif üçün istər 1 uşaq olsun, istər 40 dövlət büdcəsindən orta hesabla 20-25 min manat xərc tələb olunur. Biz bu uşaqları daha yaxşı şəraitli məktəblərə yönləndirərək keyfiyyəti artıra bilərik".

Emin Əmrullayev əlavə edib ki, Qarabağ məktəbləri ilə bağlı məsələ mürəkkəbdir.

"Bu, mərkəzləşdirilmiş bir prosesdir. Təbii ki, Böyük Qayıdış prosesi daxilində açılan hər bir məktəb bizim üçün böyük sevincdir. Lakin texniki tərəfdən çətinliklər də mövcuddur. Ağdamda, məsələn, bir nömrəli məktəb varsa, əvvəlki məktəb bağlanmalıdır. İki eyni adda məktəb ola bilməz. Biz istəyirik ki, bu keçid mərhələsi tədricən və ağrısız şəkildə həyata keçirilsin.

Bilirik ki, bu qərarlar insanların həyatına birbaşa təsir edir, amma imkanlar daxilində maksimum səmərəli və düzgün qərarlar verməyə çalışırıq. Sevindirici hal odur ki, bu prosesdə məktəblər bağlanmır, sadəcə yerdəyişmə olur. Ola bilər ki, kimsə köçmək istəmir, lakin ümumilikdə baxanda, nəticədə müəllimlərin iş sayı azalmır, əksinə artır", - nazir deyib.

Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Məktəb Parlamenti” nin    Əsasnaməsi  ( lahiyə )

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Təhsil Tələbə Kreditləri kimlərə şamil ediləcək?- EKSPERT

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri