AzTehsil.com

Xəbərlər / Cəmiyyət / Bakalavr / Ekspert / Bölgə
02 sentyabr 2025
856

Təhsil Tələbə Kreditləri kimlərə şamil ediləcək?- EKSPERT



AzTehsil.com xəbər verir ki, yeni tədris ili ərəfəsində gündəmdə olan əsas məsələlərdən biri də tələbələrin təhsil haqqını ödəmək imkanları və bu istiqamətdə tətbiq olunan Təhsil Tələbə Kreditləridir. Bu mexanizm ilk baxışdan tələbələrin ali təhsilə çıxışını asanlaşdırmaq üçün yaradılmış bir dəstək vasitəsi kimi təqdim olunsa da, onun real tətbiqi, əhatə dairəsi və effektivliyi ilə bağlı ciddi mübahisələr var. Azərbaycan Respublikasının "Təhsil haqqında Qanunu"nun 14-cü maddəsində dövlətin vəzifələrindən biri təhsilalanların sosial müdafiəsini təmin etmək kimi göstərilir, amma mövcud reallıq bu öhdəliyin yalnız qismən yerinə yetirildiyini ortaya qoyur. Statistika göstərir ki, ölkədə hər il 50 mindən çox tələbə ödənişli əsaslarla ali , orta ixtisas və peşə məktəblərinə qəbul olur. Onların hamısı kredit almaq imkanına malik deyil, çünki mexanizmin şərtləri çox dar çərçivədə müəyyənləşdirilib.


Sosial Təhsil Tələbə Kreditləri nəzəri olaraq daha çox həssas qrupları əhatə etməlidir. Buraya ünvanlı sosial yardım alan ailələrin üzvləri, valideynlərini itirmiş və ya əlilliyi olan şəxslər, ailəsində əlillik və ya işsizlik olan tələbələr daxildir. Lakin real rəqəmlər göstərir ki, bu kateqoriyalara aid olan tələbələrin böyük hissəsi kreditdən xəbərsizdir və marifləndirmə işləri zəif aparılır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə geniş maarifləndirici kampaniyalar keçirməli olduğu halda, informasiya çox vaxt yalnız rəsmi saytlarla məhdudlaşır. Bu isə regionlarda yaşayan, sosial imkanları məhdud gənclərin kreditlərdən xəbərsiz qalmasına gətirib çıxarır.

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Standart Təhsil Tələbə Kreditləri sosial qrupa aid olmayan tələbələr üçündür. Amma burada da məhdudiyyətlər çoxdur. Tələbədən ya ali məktəbə qəbul imtahanında minimum bal, ya da universitetdə yüksək ortalama göstərici tələb olunur. Məsələn, birinci kurs tələbəsi olmaq üçün qəbul balı 250-dən yuxarı olmalıdır, növbəti illərdə isə orta müvəffəqiyyət göstəricisi ən azı 71 bal olmalıdır. Bu şərtlər əslində zəif təhsil alan tələbəni dəstəkləmək məqsədini arxa plana keçirir və daha çox uğurlu tələbələrin maliyyələşməsinə xidmət edir. Halbuki təhsil hüququ yalnız yüksək nəticə göstərənlərin deyil, bütün gənclərin bərabər hüququ olmalıdır:"Mənfi tərəflərdən biri də odur ki, kreditlərin verilməsi yalnız təhsil haqqının müəyyən hissəsini əhatə edir. Bir çox hallarda tələbələrdən illik ödənişin 20 faizini əvvəlcədən ödəmək tələb olunur. Bu isə sosial durumu zəif olan ailələr üçün böyük yükdür. Üstəlik, kreditlər çox vaxt universitetin hesabına köçürülür, tələbənin özünün gündəlik xərcləri, kitab, yataqxana və digər ehtiyacları üçün nəzərdə tutulmur. Nəticədə tələbə yalnız təhsil haqqı ilə bağlı müəyyən dəstək alır, lakin ümumi təhsil xərclərini qarşılamaqda yenə də çətinlik çəkir.


Müsbət tərəf kimi qeyd etmək olar ki, Təhsil Tələbə Kreditləri girov və zamin tələb etmir. Bu, tələbələr üçün ciddi üstünlükdür. Həmçinin kreditlərin geri qaytarılması yalnız təhsil başa çatandan iki il sonra başlanır və 20 ilə qədər müddətə yayılır. Bu, gənclərə müəyyən güzəşt dövrü qazandırır və işə düzəlib maliyyə sabitliyi əldə etdikdən sonra ödəniş etməyə imkan verir. Bu baxımdan mexanizmin sosial yönümlü elementi var, amma hələ də təhsildə real bərabərliyi təmin etmir.


Dünya təcrübəsi ilə müqayisə apardıqda isə vəziyyət daha aydın görünür. Məsələn, ABŞ-da tələbə kreditləri geniş yayılıb, lakin orada faiz dərəcələrinin yüksəkliyi tələbələrin onilliklərlə borc altında qalmasına səbəb olur. Skandinaviya ölkələrində isə tələbə kreditləri yalnız təhsil haqqını deyil, həm də yaşayış xərclərini əhatə edir və çox aşağı faizlə verilir. Estoniyada tələbələr həm dövlət təqaüdləri, həm də uzunmüddətli faizsiz kreditlərlə dəstəklənir. Azərbaycanda tətbiq edilən model isə hər iki yanaşmadan fərqli olaraq çox məhduddur: bir tərəfdən sosial qruplar tam əhatə olunmur, digər tərəfdən dəstək yalnız təhsil haqqı ilə məhdudlaşır.

Təhsil Tələbə Kreditləri kimlərə şamil ediləcək?-EKSPERTDƏN AÇIQLAMAƏgər bu yanaşma dəyişməsə, yeni tədris ilində minlərlə tələbə ödənişli əsaslarla ali təhsil almaq imkanı qazansa da, maliyyə çətinlikləri səbəbindən təhsilini dayandırmaq məcburiyyətində qala bilər. Bu, "Təhsil haqqında Qanun"da təsbit olunmuş "təhsil bərabərliyi" prinsipinə ziddir. Nə dəyişməlidir sualının cavabı isə aydındır: kredit mexanizmi daha geniş əhatəli olmalı, tələbələrin yalnız uğurlu nəticə göstərənləri deyil, real ehtiyacı olan bütün təbəqələri nəzərə almalıdır. Kreditlərin təkcə təhsil haqqı deyil, yaşayış xərclərini də qarşılamaq imkanı olmalı, müraciət prosesi sadələşdirilməli, regionlarda geniş maarifləndirmə işi aparılmalıdır.


Elm və Təhsil Nazirliyi bu sahədə yetərli iş görmür. Planlı strategiya yoxdur, proqnozlar açıqlanmır, tələbələrin və valideynlərin maarifləndirilməsi üçün geniş informasiya siyasəti aparılmır. Kredit fondu yaradılıb, amma onun fəaliyyəti çox zaman yalnız rəqəmlərlə ifadə olunur, təsir mexanizmi barədə ictimaiyyətə hesabat verilmir. Nazirlik real olaraq təhsil bərabərliyini təmin edəcək geniş sosial paket hazırlamadıqca, Təhsil Tələbə Kreditləri yalnız məhdud bir qrupun imtiyazına çevriləcək, minlərlə tələbə isə maliyyə çətinlikləri ucbatından təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üz-üzə qalacaq. Bu isə ölkənin insan kapitalına vurulan ən böyük zərbədir".



Həmçinin oxuyun:
100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

ƏMƏK MƏCƏLLƏSİ  kimlərə şamil edilmir ?  Sizdə öyrənin

ƏMƏK MƏCƏLLƏSİ kimlərə şamil edilmir ? Sizdə öyrənin

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU