AzTehsil.com
EN


H/N sənədlər
25 fevral 2017
10 119


ƏMƏK MƏCƏLLƏSİ kimlərə şamil edilmir ? Sizdə öyrənin



ƏMƏK MƏCƏLLƏSİ  kimlərə şamil edilmir ?  Sizdə öyrənin

 


Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər

Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir:
a)hərbi qulluqçulara;
b)məhkəmə hakimlərinə;
c)Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;
ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;
d)podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.

1. Şərh olunan maddə AR ƏM-in şamil edilmədiyi şəxslərin dairəsini müəyyənləşdirmişdir. AR ƏQM-də belə analoji norma nəzərdə tutulmamışdı. Bu norma ilk dəfə "Fərdi əmək müqavilələri (kontraktları) haqqında " Azərbaycan Respublikasının 1996-cı il 21 may tarixli Qanununun 5~ci maddəsində təsbit olunmuşdur. Həmin Qanunun 5-ci maddəsində deyilirdi ki, aşağıdakı şəxslərə və işlərə bu Qanun şamil edilmir:

-hərbi qulluqçulara;

-hakimlərə;

-vəkillərə;

-prokurorlara, onların müavinlərinə və köməkçilərinə, müstəntiqlərə;

-qanunvericilik və yerli özünüidarə orqanlarına seçilməsi ilə əlaqədar əmək haqqı ödənilən vəzifədə (işdə) işləməyən şəxslərə;
-mülki-hüquqi müqavilələr (podrat, tapşırıq, komisyon, müəlliflik) üzrə yerinə yetirilən işlərə.

AR ƏM-in şərh olunan maddəsi göstərilən siyahım daha da dəqiqləşdirmişdir. AR ƏM-in şamil edilmədiyi şəxslərin dairəsini aşağıdakı qruplara ayırmaq olar:

a) hərbi qulluqçular. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

b)məhkəmə hakimləri. "Məhkəmələr və hakimlər haqqındaAzərbaycan Respublikasının 1997-ci il l iyun tarixli Qanununun 19-cıı maddəsinə əsasən, Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər:
 

-rayon (şəhər) məhkəmələri;

-ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi;

-ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi;

-hərbi məhkəmələr;

-ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi;

-yerli İqtisad məhkəmələri;

-beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının iqtisad məhkəməsi;

-Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;

-apellyasiya məhkəmələri;

-Azərbaycan Respublikasının Ali Məhkəməsi.

Göstərilən məhkəmələrin hakimlərinə AR ƏM şamil edilmir. AR Konstitusiya Məhkəməsinin hakimlərinin hüquqi statusu ‘Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli Qanunu ilə müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinə də AR ƏM şamil edilmir.

c)Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə.

Azərbaycan Respublikasının seçki qanunvericiliyi əsasında qanunvericilik orqanına seçilmiş şəxslər Azərbaycan Respublikasının Milli Məclisinin deputatları olub onların səlahiyyət müddəti ilə məhdudlaşır. Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu Azərbaycan Respublikasının Konstitusiyası İlə, "Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının 1996-cı İl 17 may tarixli Qanunu ilə və Azərbaycan Respublikasının digər qanunları İlə müəyyən edilir.
 
Azərbaycan Respublikasında yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Azərbaycan Respublikasının seçki qanunvericiliyi əsasında bələdiyyələrə seçilmiş şəxslərə AR ƏM şamil edilmir. Bələdiyyələrə seçilmiş şəxslərin hüquqi statusu AR Konstitusiyası ilə, "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu İl 2 iyul tarixli Qanunu ilə müəyyən olunur.

ç) xarici ölkənin hiiquqi şəxsi ilə həmin ölkədən əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə AR ƏM şamil edilmir. Əcnəbilər Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir C'Əc- nəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının 13 mart 1996-cı il tarixil Qanunun 2-ci maddəsi}

ARMM-in 53.1-ci maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır (AR MM-in 53.2-ci maddəsi).

d)podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mii/ki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə AR ƏM şamil edilmir. Bu müqavilə üzrə işləri yerinə yetirənlər (xidmətlər göstərənlər) işçi hesab olunmurlar. Məsələn, podrat müqaviləsində tərəflər podratçı və sifarişçi, tapşırıq müqaviləsində tərəflər vəkalət alan və vəkalət verən adlanır.

Yuxarıda göstərilən tərəflər işəgötürən və işçi hesab edilmədiklərindən və onlar arasında əmək müqaviləsi bağlanmadığından bu müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə AR ƏM şamil edilmir.
 

ƏMƏK MƏCƏLLƏSİ  kimlərə şamil edilmir ?  Sizdə öyrənin

 

ƏMƏK MƏCƏLLƏSİ  kimlərə şamil edilmir ?  Sizdə öyrənin

 

ƏMƏK MƏCƏLLƏSİ  kimlərə şamil edilmir ?  Sizdə öyrənin

 

ƏMƏK MƏCƏLLƏSİ  kimlərə şamil edilmir ?  Sizdə öyrənin

 

ƏMƏK MƏCƏLLƏSİ  kimlərə şamil edilmir ?  Sizdə öyrənin

 






Загрузка...