AzTehsil.com


Sual
04 iyul 2016
9 176


Əmək münasibətlərinə aid 10 SUAL - 10 CAVAB



 

Əmək münasibətlərinə aid 10 SUAL - 10  CAVAB

 

1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi hansı şəxslərə şamil edilmir?
-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir.

2.Mənimlə əmək müqaviləsi bağlanarkən mənə 3 aylıq sınaq müddəti təyin olunub. Mən xəstə olduğum üçün bir həftə işə çıxa bilmədim. Bu müddət həmin sınaq müddətinə daxil edilməlidirmi?
-Xeyr. Əmək qanunvericiliyində işçinin əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlərin sınaq müddətinə daxil edilmədiyi bildirilir.

3.İlk dəfə iş axtaran şəxs işsizlik müavinəti ala bilərmi?

- "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ilk dəfə işaxtaran vətəndaşlar işsizlik müavinəti almaq hüququna malik deyillər.


4.Hansı hallarda əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48.5-ci maddəsinə əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.


5.Vətəndaşlığı olmayan şəxslə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanılarkən ondan əmək kitabçası tələb edilməlidirmi?

-Xeyr, bir sıra şəxslərlə əmək müqaviləsi bağlanarkən onlardan əmək kitabçası tələb olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48.3-cü maddəsinə əsasən məcburi köçkünlər, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.


6.Bəzən iş yerində bütün işçilər eyni vaxtda əmək məzuniyyətinə çıxmaq arzusunda olur. Belə hallarda müəssisə rəhbərliyi nə etməlidir?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133.1 və 133.2-ci maddələrinə əsasən,  müəssisə, idarə və təşkilatlarda istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Bu iş hər il yanvarın sonunadək yerinə yetirilməlidir. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiqlənir.


7.Gündəlik və həftəlik normal iş vaxtının müddəti nə qədər olmalıdır?

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddətinin isə 40 saatdan artıq müəyyən edilməsinə yol verilmir.


8.Qısaldılmış iş vaxtı qanunla necə müəyyən edilir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsində bildirilir ki, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.


9.Əmək müqaviləsi müddətsiz bağlana bilərmi?

- Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 il müddətə (müddətli) bağlanıla bilər. Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.


10.İlk dəfə iş axtaran şəxs işsizlik müavinəti ala bilərmi?

- "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ilk dəfə işaxtaran vətəndaşlar işsizlik müavinəti almaq hüququna malik deyillər.




Загрузка...
Həmçinin oxuyun:
İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi