AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Tədbirlər
23 oktyabr 2025
949

Beynəlxalq sammitdə BMU ilə əməkdaşlıq görüşləri keçirilib



Beynəlxalq sammitdə BMU ilə əməkdaşlıq görüşləri keçirilib

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universiteti (BMU) Çin Xalq Respublikasında keçirilən “Universitet Tərəfdaşları Sammiti Hangzhou 2025”də iştirak edir.


AzTehsil.com xəbər verir ki, Universitetdən verilən məlumata görə, Çinin Beihang Universitetinın təşkilatçılığı ilə baş tutan və Şanxaydan start götürən sammit Hangzhou şəhərində davam edib. Burada beynəlxalq birgə laboratoriyaların açılışı keçirilib və müxtəlif əməkdaşlıq sazişləri imzalanıb. Mərasimdə Çinin Beynəlxalq Mütəxəssislər üzrə Dövlət İdarəsi, İnsan Resursları və Sosial Təminat Nazirliyi, Təhsil Nazirliyi, Zhejiang, həmçinin Hangzhou rəhbərliyi, Beihang Universiteti və digər dövlət qurumları, ali məktəblərin nümayəndələri çıxış ediblər. Çıxışlarda innovasiyaya əsaslanan təhsil sisteminin gücləndirilməsi, insan kapitalının inkişafı, həmçinin elmi-tədqiqat əməkdaşlığının ölkələrarası strateji tərəfdaşlıqların möhkəmlənməsində rolu xüsusi vurğulanıb.


Tədbirin davamında “Yenilikçi, Əməkdaşlığa əsaslanan və Əhatəli Davamlı Qlobal Tərəfdaşlıqların Qurulması” mövzusuna həsr olunan sammitin baş məruzəsi təqdim edilib. Məruzədən sonra dünyanın müxtəlif ölkələrindən

gəlmiş alimlər, universitet rektorları, prorektorların iştirakı ilə dəyirmi masa müzakirələri, eləcə də Beihang Universiteti dekanları ilə tərəfdaş ali məktəblərin rəhbərləri arasında sərbəst qrup mübadiləsi aparılıb.

İştirakçılar qlobal elmi tərəfdaşlıq, innovasiya yönümlü təhsil və dayanıqlı inkişaf hədəfləri ətrafında mövqelərini paylaşıb, elm, təhsil sahəsində qarşılıqlı əməkdaşlığa dair təkliflərini səsləndiriblər.


BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül tədbir çərçivəsində tərəfdaş universitetlərin rəhbərləri ilə birgə layihələrin icrası, müəllim və tələbə mübadiləsi, həmçinin elmi tədqiqatların inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Sammitdə iştirak edən Braziliya, İspaniya və bir sıra ölkələrin dövlət universitetlərinin təmsilçiləri ilə ayrıca görüşlərdə ali təhsil ocaqlarının birgə əməkdaşlıq təşəbbüsü irəli sürülüb, əlaqələrin yaradılmasının beynəlxalq akademik şəbəkənin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

BMU Çində keçirilən sammitdə təmsil olunur

BMU Çində keçirilən sammitdə təmsil olunur

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"