AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Yazarlar / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
21 oktyabr 2025
734

7-ci Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib




Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “RİSK-2025” - 7-ci Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib. 


AzTehsil.com xəbər verir ki, “İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.


Konfrans “AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-nin Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.


Konfransın açılışında ADNSU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək bildirib ki, sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunması qlobal əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi, xüsusilə də süni intellekt texnologiyalarının tətbiqi ilə risklərin idarə edilməsinə yeni baxışların formalaşdırılması, gələcək nəsil mühəndislərin hazırlığında mühüm rol oynayır.


ADNSU rektoru qeyd edib ki, “RİSK-2025” konfransı təkcə elmi araşdırmaların mübadiləsi üçün deyil, həm də regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsi baxımından mühüm platforma rolunu oynayır. O, konfransın nəticələrinin infrastruktur layihələrinin planlaşdırılması, enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyalarına praktik töhfələr verəcəyinə əminliyini ifadə edib.


Konfransın ümumi sədri, professor Vüqar Əliyev tədbir haqqında ətraflı məlumat verərək qeyd edib ki, builki toplantı risk mühəndisliyinin yeni istiqamətlərini, texnoloji dəyişikliklərin ekosistemlərə təsirini və insan amilinin rolunu müxtəlif aspektlərdən araşdırır.


Daha sonra Proqram Komitəsinin həmsədri, Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı, professor Svyatoslav Timashev “İnfrastrukturların risk əsaslı dizaynında və istismarında süni intellekt: təhlükələr və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, süni intellektin sənaye sistemlərində tətbiqinin həm potensial təhlükələri, həm də mühüm imkanları barədə elmi arqumentlər irəli sürüb. Timashev qeyd edib ki, risk yalnız təhlükə deyil, eyni zamanda inkişafın zəruri mərhələsidir. O, infrastruktur layihələrinin dizaynında süni intellekt alqoritmlərinin etik və təhlükəsizlik aspektlərinin daha dərindən araşdırılmasının vacibliyinə diqqət çəkib.


London Universitet Kollecinin Risk və Fəlakətlərin Azaldılması Departamentinin rəhbəri professor İlan Kelman “Seçim nəticəsində fəlakət: ‘Təbii fəlakətlər’ niyə nadir hallarda mövcuddur” mövzusunda çıxış edərək insan qərarlarının fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunu vurğulayıb. O, fəlakət anlayışının çox zaman sosial və idarəetmə problemlərinin nəticəsi olduğunu, risk azaldılmasının isə düzgün planlaşdırma və ictimai davranış modellərinin formalaşdırılmasından asılı olduğunu bildirib.


Siti Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunun direktoru professor Uey Kuo “Təmiz enerji və davamlılıq” mövzusunda çıxışında enerji sistemlərinin gələcək inkişafında alternativ mənbələrin və texnoloji innovasiyaların rolunu təhlil edib. O, davamlı enerji istehsalının həm iqtisadi, həm də ekoloji sabitliyə təsirini elmi faktlarla əsaslandırıb.


Hanoy Vyetnam Milli Universitetinin Siyasət və İdarəetmə İnstitutunun direktoru, professor, Bax Tan SİNH “Vyetnamın Mekonq Deltasında daşqınlarla yaşamaq siyasəti” mövzusunda çıxışında iqlim dəyişikliklərinin Asiya regionunda yaratdığı sosial-iqtisadi təhdidlərə diqqət çəkib. O, hökumət səviyyəsində riskə adaptasiya siyasətinin formalaşdırılmasının vacibliyini qeyd edib.


İtaliyanın Beynəlxalq İrriqasiya və Drenaj Komissiyasının prezidenti, professor Marko Arcieri “İtaliyada böyük bəndlərin risk yönümlü istismarı” adlı məruzəsində iri infrastruktur obyektlərinin təhlükəsizliyinin qiymətləndirilməsində müasir monitorinq və idarəetmə mexanizmlərinin tətbiq təcrübəsini təqdim edib.


Konfrans çərçivəsində gün ərzində risk yönümlü qərar qəbuletmə, ərzaq təhlükəsizliyi və torpaq meliorasiyasında yeni texnologiyalar, həmçinin fəlakət riskləri mövzularında panel və poster sessiyalar da təşkil olunub.


Üç gün davam edəcək “RİSK-2025” konfransının ikinci günündə “Davamlılıq paradiqmasında insan amili”, “Risk və şəhər təhlükəsizliyinin kompleks yanaşması”, “Neft və qaz sənayesində risk və dayanıqlılıq”, eləcə də “Texnoloji risklər və davamlı inkişaf” mövzularında müzakirələr aparılacaq.



Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

ADA Universitetində xarici nümayəndələrlə görüş keçirilib

ADA Universitetində xarici nümayəndələrlə görüş keçirilib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı

"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı

Ali təhsildə elmin inkişafı naminə

Ali təhsildə elmin inkişafı naminə

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

2018 Yay Mühəndislik Forumu keçiriləcək

2018 Yay Mühəndislik Forumu keçiriləcək

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

Universitetlərin strateji planlaşdırmasının rutin elementi olmalıdır

Universitetlərin strateji planlaşdırmasının rutin elementi olmalıdır