AzTehsil.com


Xəbərlər
22 aprel 2021
1 037


"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı



"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı

 

21-22 aprel tarixlərində "Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" adlı onlayn seminar keçirilib. 

Məqsəd seminar iştirakçılarının peşə təhsili, həmçinin ali təhsildə energetika sahələri üzrə tədris və təlimi zamanı Dayanıqlı İnkişaf naminə Təhsil strategiyalarından istifadə olunmasına dair müvafiq biliklərin əldə edilməsi ilə potensialının gücləndirilməsidir. Maraqlı tərəflər arasında çoxsahəli dialoqun qurulması, beynəlxalq təcrübələrin öyrənilməsi ilə təhsilverənlərin dayanıqlı inkişaf naminə təhsillə bağlı kompetensiyalarının inkişafı mexanizmlərinin müzakirə olunması seminarın əsas vəzifəsi olub. 

İki gün davam edən seminarın açılış nitqi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktoru Pərviz Yusifov çıxış edib. Seminarda beynəlxalq ekspertlərlə yanaşı, PTDA-nın şöbə müdiri Zaur Əliyev "Ölkədə peşə təhsili üzrə cari vəziyyət", Təhsil Nazirliyinin sektor müdiri və BMT-nin Avropa İqtisadi Komissiyası ilə milli əlaqələndiricisi Ayla Həsənova- Məmmədova seminara hazırlıq çərçivəsində  keçirilmiş "Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun nəticələri, İqtisadiyyat Nazirliyinin əməkdaşı, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin nümayəndəsi  Elnur İbrahimov isə "Azərbaycanda Dayanıqlı İnkişaf: həyata keçirilmiş tədbirlər və gələcək perspektivlər” mövzularında təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki,  "Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun və seminarın nəticələri əsasında ölkədə ali təhsil və peşə təhsili sahələrində Dayanıqlı İnkişaf naminə Təhsil strategiyasının daha geniş tətbiqi məqsədilə tövsiyə sənədi hazırlanacaq. 

Seminar Təhsil Nazirliyi, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və İsveçrə Konfederasiyasının Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin (SERI) birgə təşkilatçılığı ilə keçirilib.

Seminarın təşkili Dayanıqlı İnkişaf Naminə Təhsil (ESD) prioritetləri əsasında ölkə üzrə milli, regional və qlobal səviyyədə görülən işlər, həmçinin "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə aparılan islahatları əhatə edən təşəbbüslərdən irəli gəlib.



Загрузка...
Həmçinin oxuyun:
Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktorlar Şurasının 2-ci iclası keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktorlar Şurasının 2-ci iclası keçirilib

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Emin Əmrullayev: “IX sinifdən sonra təhsilini davam etdirməyən xeyli gənc var”

Emin Əmrullayev: “IX sinifdən sonra təhsilini davam etdirməyən xeyli gənc var”

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

“Kreativ Azərbaycan” portalının təqdimatı

“Kreativ Azərbaycan” portalının təqdimatı

Kazanda  peşə təhsili ilə bağlı olimpiada

Kazanda peşə təhsili ilə bağlı olimpiada

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq