Xəbərlər
15 may 2020

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

 

Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib. Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutub.

Təlim proqramı karyera planlaşdırılması, fərdi peşəkar inkişaf planının tərtibi, iş axtarma yolları və müsahibə mərhələsinə hazırlıq kimi müxtəlif mövzuları əhatə edib.

 Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin mütəxəssisi tərəfindən aparılan  iki həftəlik təlim proqramı peşə təhsili tələbələrində gələcək işə dair daha aydın təsəvvür formalaşdırılmasına imkan yaradıb. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur.

Qeyd edək ki, proqram Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən "Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” və "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb. Koronavirus pandemiyası zamanı adıçəkilən layihələr peşə təhsili tələbələrinin dərslərdən geri qalmaması və təhsildə fəal iştirakı məqsədilə teledərslər, onlayn kurslar və karyera təlim sessiyalarının hazırlanmasına yardım edib.










Загрузка...
loading...

Həmçinin oxuyun:
Nazir müşaviri peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını şərh edib

Nazir müşaviri peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını şərh edib

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün növbəti karyera imkanları yaradılıb

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün növbəti karyera imkanları yaradılıb

Avropa İttifaqının

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılır

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur