AzTehsil.com


Xəbərlər
11 fevral 2020
1 323


Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş



Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

 

Təhsil nazirinin müavini Firudin Qurbanov Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüş zamanı nazir müavini "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət tendensiyaları barədə qonaqlara məlumat verib. Firudin Qurbanov son 15 ildə ölkəmizdə 3300-ə yaxın ümumi təhsil müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini, müəssisələrin maddi-texniki bazasının yeniləndiyini vurğulayıb.

Görüş zamanı ölkəmizdə təhsil siyasətinin prioritetlərindən birinin də peşə təhsilinin olduğu bildirilib. Qeyd olunub ki, məhz peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət göstərən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirən aparıcı təhsil pilləsidir. Bu sistemin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədilə son illərdə peşə təhsili şəbəkəsi oplimallaşdırılıb, 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis- pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılıb və onların əməkhaqqı artırılıb. Eyni zamanda Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində Peşə Təhsili Mərkəzinin tikintisi başa çatdırılıb, burada ən müasir infrastruktur yaradılıb.

Bununla yanaşı, Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Regionlarda peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni məzmunun hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Firudin Qurbanov həmçinin Azərbaycanla Ukrayna arasında tələbə mübadiləsi istiqamətində geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb, Ukraynada 7000-ə yaxın azərbaycanlı tələbənin, ölkəmizdə isə Ukrayna vətəndaşlarının təhsil aldığını qeyd edib. Ümumilikdə ali təhsilin qarşısında duran mühüm vəzifələrdən danışan nazir müavini cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanması kontekstində "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb.

Ukrayna Ali Radasının nümayəndə heyəti adından çıxış edən Ukrayna Ali  Radasının Təhsil, Elm və İnnovasiyalar üzrə Komitəsinin sədri Valeriy Kolyux iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib və bu əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.edu.gov.az



Загрузка...
Həmçinin oxuyun:
Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Mingəçevirdə gənc müəllimlərlə görüş

Mingəçevirdə gənc müəllimlərlə görüş

Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş

Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş

Türkiyənin peşə liseyləri ilə qardaş məktəb layihələri imzalanıb

Türkiyənin peşə liseyləri ilə qardaş məktəb layihələri imzalanıb

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"