Xəbərlər / Müəllim
16 fevral 2021
2 214

Emin Əmrullayev: “IX sinifdən sonra təhsilini davam etdirməyən xeyli gənc var”

"Bacarıqlar və səriştələr növbəti illərdə iqtisadiyyatımızın dayanıqlı və rəqabətyönümlü inkişafını təmin edən məsələlərdən olmalıdır. Bu istiqamətdə bir çox işlər həyata həyata keçirilir. Xüsusi məsələ peşə təhsilinin daha çox əlçatan olmasıdır, bu istiqamətdə hələ də çox işlər var”.

Bunu "Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin təqdimatında  Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda IX sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya müəyyən ixtisasa yiyələnməyən xeyli sayda gənc var: "Bu istiqamətdə peşə təhsilinin əhatəliliyinin və əlçatanlığının artırılması çox böyük fürsətdir. Son illərdə bu istiqamətdə böyük işlər görülür. Hazırda peşə təhsilinə qəbul prosesi elektron formatda aparılır. İldən-ildən peşə təhsilinə qəbul olan tələbələrin sayı daha da artmaqdadır. Bu tədris ilində ötən ilə nisbətən 27 faiz çox tələbəni peşə təhsilinə qəbul etmişik. Gənclərin peşə təhsilinə qatılması onların gələcəkdə iqtisadi vəziyyətinə, gəlirlərinə, rifahına  müsbət təsdir edən amillərdən biridir”.

Nazir qeyd edib ki, infrastrukturun hər yerdə eyni olmamasını nəzərə alaraq Azərbaycanın 35 ümumtəhsil müəssisəsinin nəzdində peşə siniflərinin yaradılması üzərində iki ilə yaxındır iş aparılır: "Hər bir məktəbdə artıq 2 sinif formalaşıb, hər sinifdə 20-24 şagird təhsil alır. Bu layihənin əhatəliliyinin artırılmasını istəyirik. Yaxın gələcəkdə belə məktəblərin sayının daha da artırılmasını istəyirik”.

Qeyd edək ki, 5,6 milyon avro dəyərində olan layihə tam olaraq Avropa İttifaqı tərəfindən maliyyəşdirilir. BMT-nin İnkişaf Proqramının Peşə təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi dörd illik layihənin məqsədi əmək bazarının mövcud ehtiyaclarına uyğun peşə təhsili müəssisələrini müasirləşdirmək və Azərbaycan gəncliyini gələcəyin peşələrinə hazırlamaqdır.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

11 mindən çox gənc ilk peşə-ixtisas təhsilinə cəlb olunub

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

Peşə təhsilinə marağın artırılması məqsədilə “Öz peşəni seç” layihəsinə start verilib

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

"Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq" - Ceyhun Bayramov