Xəbərlər
01 iyul 2017
1387

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

İyunun 30-da Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində "Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, agentliyin əməkdaşları və respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak edib.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin müxtəlif regionlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri çıxış edərək müəssisələrin mövcud vəziyyəti, tədrisin təşkili və keyfiyyətinin yüksəldilməsi imkanları, müəssisələrin infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, regionlardakı peşə təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması imkanlarından danışıblar.
 

 

"Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin rəhbəri Herman Sonneveld Avropa İttifaqı və Azərbaycan arasında peşə təhsili və təlimi sahəsində əməkdaşlıqdan danışıb, layihənin komponentlərinin uğurlu icrasına ümid etdiyini bildirib.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlarda təhsil sahəsinin və onun tərkib hissəsi olan peşə təhsilinin mühüm yer tutduğunu bildirib. Agentliyin direktoru qeyd edib ki, ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.
 

 

Famil Mustafayev peşə təhsili üzrə müvafiq qanunvericiliyin hazırlanması istiqamətində görülən işlərin bu sahənin inkişafına töhfə verəcəyindən, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığını həyata keçirən çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyindən və qarşıda duran vəzifələrdən danışıb.
 
Tədbirdə peşə təhsilində idarəetmənin təkmilləşdirilməsi, monitorinq, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası, peşəyönümü işi, yeni tədris resurslarının, kurikulumların hazırlanması və tətbiqi, habelə digər məsələlər müzakirə olunub, müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.
 
aztehsil.com




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Nazir müavini:

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair