AzTehsil.com
EN

Xəbərlər / Cəmiyyət
05 sentyabr 2017
4 445

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Azərbaycanda yeni hazırlanan "Peşə təhsili haqqında” qanun layihəsində peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi də nəzərdə tutulub.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, qanun layihəsinin hazırlanması üçün Milli Məclisin Elm və təhsil komitəsində yaradılan, Təhsil Nazirliyi və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin də təmsil olunduğu işçi qrupu fəaliyyətini artıq yekunlaşdırıb. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

A.Əlili bildirib ki, "Peşə təhsili haqqında” qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb: "İndiyədək Azərbaycanda belə bir qanun olmayıb. Yəni peşə təhsilinin tarixində ilk dəfədir ki, qanun layihəsi hazırlanır və onun formalaşdırılmasında həm yerli, həm də beynəlxalq təcrübədən istifadə edilib.Peşə təhsili haqqında qanun layihəsinin hazırlanmasına ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunu artırmaq, əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaq məqsədi ilə həyata keçirilən "Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində beynəlxalq ekspertlər cəlb olunub və onlarla ilkin müzakirələr təşkil edilib”.

A.Əlilinin sözlərinə görə, peşə təhsili sahəsində bir çox təcrübəni araşdıran İşçi Qrup bu qənaətə gəlib ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da peşə təhsili dövlət, özəl, bələdiyyə mülkiyyəti formasında inkişaf edir və bu variant məqbul hesab olunub.

Qanun layihəsində "Təhsil haqqında” Qanunda əks olunan məsələlər - peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə, işəgötürənlərlə əməkdaşlıq yer alıb.

Загрузка...
Həmçinin oxuyun:
Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub