Xəbərlər
23 noyabr 2019
2 155


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

 

Noyabrın 22-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlərlə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvləri, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı və Mərkəzin nümayəndələri iştirak ediblər.

Mərkəzin rəhbərliyi qonaqlara müəssisə haqqında ətraflı məlumat verərək aparılan islahatlar, Mərkəzin strateji inkişaf hədəfləri haqda danışıb. Qeyd olunub ki, Mərkəzdə tədris edilən nəzəri və praktiki dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq səkkiz istiqamətdə aparılır.

Tədbir zamanı tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub. Həmçinin tələbələrin təcrübə-istehsalat proqramları, istedadların aşkar edilməsi, müvafiq sahələrdə onların inkişafına şərait yaratmaq, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları və bu məqsədlərə nail olmaq üçün sənaye qurumları ilə məqsədyönlü əməkdaşlığın Mərkəzin əsas hədəfləri sırasında yer aldığı vurğulanıb.

Görüşün sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər arasında yer alan "Sigma Technical Services”, "Suez”, "ALSTOM” kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq memorandumları imzalanıb.

Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına cavab verən, rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilən Mərkəzdə tədris prosesi Koreyada təlim keçmiş gənc mütəxəssislər tərəfindən aparılır. edu.gov.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Sənəd qəbulu bu gün başa çatır

Sənəd qəbulu bu gün başa çatır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Gələn ildən etibarən 3 illik təhsil də mövcud olacaq – Direktor

Gələn ildən etibarən 3 illik təhsil də mövcud olacaq – Direktor

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə Təhsil Mərkəzində təlimlər

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzinə qəbul davam edir

Yeni Peşə Təhsil Mərkəzinə qəbul davam edir

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Peşə məktəblərində yeni ixtisaslar

Peşə məktəblərində yeni ixtisaslar

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Kazanda  peşə təhsili ilə bağlı olimpiada

Kazanda peşə təhsili ilə bağlı olimpiada

Türkiyə Respublikasının Milli Təhsil naziri Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Türkiyə Respublikasının Milli Təhsil naziri Bakı Dövlət Peşə Təhsil Mərkəzində