AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə
16 oktyabr 2025
833

BMU-da SOCAR-ın layihəsi ilə bağlı infosessiya - Qeydlər



BMU-da SOCAR-ın layihəsi ilə bağlı infosessiya....

Bakı Mühəndislik Universitetində (BMU) SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” layihəsi ilə bağlı tələbələr üçün infosessiya keçirilib.


AzTehsil.com xəbər verir ki, Universitetdən  bildirilib ki, infosessiyada BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzinin müdiri Gülçöhrə İbrahimova çıxış edərək tələbələrin karyera inkişafı istiqamətində həyata keçirilən əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğulayıb.


Sonra SOCAR-ın İşə qəbul və karyera planlama şöbəsinin rəisi Həmid İsrafilov şirkət tərəfindən gerçəkləşdirilən müxtəlif layihələrdən danışıb. Bildirib ki, “Gənc İstedadlar Proqramı 2026” SOCAR-ın gənclərin peşəkar inkişafına, bacarıqlarının reallaşdırılmasına və gələcək kadr potensialının formalaşdırılmasına yönəlmiş strateji təşəbbüslərindən biridir. Proqram sayəsində tələbələr real istehsalat mühitində bilik və bacarıqlarını sınamaqla yanaşı, ölkənin enerji sektorunda gələcək karyeralarına möhkəm zəmin yaradırlar.


Tədbirdə, həmçinin SOCAR-ın İşə qəbul və karyera planlama şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssisləri Xəyalə Cəlilzadə, Rəşad Ələkbərov və proses mühəndisi Nərmin Süleymanlı (BMU-nun “Kimya mühəndisliyi” ixtisasının 2023-cü il məzunu) çıxış ediblər. Çıxışlarda proqramın məzmunu, seçim mərhələləri, iştirakçılara təqdim olunan imkanlar barədə geniş məlumat verilib. Qeyd edilib ki, proqram çərçivəsində yuxarı kurs və magistratura tələbələrinə real iş mühitində təcrübə qazanmaq, peşəkar mentorlardan öyrənmək, müxtəlif layihələrə qatılmaq, şəxsi və peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı yaradılır. Eyni zamanda, iştirakçılar zəngin elektron öyrənmə platformalarından faydalana, çoxşaxəli və inklüziv mühitdə fəaliyyət göstərə bilərlər.


İnfosessiya zamanı vakant təcrübə istiqamətləri, proqram müddətində iştirakçılara aylıq ödənişin təqdim olunması, təcrübə göstəricilərinə əsasən SOCAR-da daimi işə qəbul imkanının nəzərdə tutulması da diqqətə çatdırılıb.


Sonda tələbələrin sualları cavablandırılıb.

https://careers.socar.az/internshiplist



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Karyera planlama təlimləri davam edir

Karyera planlama təlimləri davam edir

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Karyera mərkəzləri tələbələrə nə vəd edir?

Karyera mərkəzləri tələbələrə nə vəd edir?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi