AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Manşet / Bölgə / Şagird
24 sentyabr 2025
1 192

336 saylı məktəbdə NARAZILIQ




Yasamal rayonu, 336 nömrəli tam orta məktəbdə valideynlər dərs cədvəlindən narazıdırlar.


AzTehsil.com- n əldə etdiyi məlumata görə valideynlər tərəfindən şikayət daxil olub. 


Şikayətçi valideynlər digər məktəblərdə olduğu kimi  burada da I-V sinif şagirdlərinin səhər saatlarında dərsə başlanmasını istəyirlər. Lakin həmin məktəbdə səhər növbəsində peşə dərsləri keçirilir. Nəticədə ibtidai siniflər günorta saat 14:00-da dərsə gəlir və 18:00-da məktəbdən çıxırlar.


Adlarının açıqlanmasını istəməyən valideynlər bu vəziyyətin uşaqlar üçün olduqca çətin olduğunu bildirirlər:

“Normalda balacalar səhər dərs oxumalıdır. Axşam evə gələndə artıq gec olur, onlar həm ev tapşırıqlarını yerinə yetirə bilmirlər, həm də istirahət vaxtları qalmır. Uşaqlar gec yatır, səhər yorğun oyanırlar. Bu həm sağlamlığa, həm də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.


Narazı tərəflər uşaqların təhlükəsizlik məsələsinin prioritetliyi barədə təhsil müəssisəsi rəhbərliyinə məlumat verildiyini deyirlər:

“Axşam saatlarında uşaqların dərsdə olması təhlükəsizlik baxımından da risklidir. Xüsusən qış aylarında hava tez qaralır, şagirdlərin evə qayıtması əlavə narahatlıq yaradır. Məktəbin rəhbərliyinə dəfələrlə müraciət etmişik, amma nəticə yoxdur”.


Qeyd edək ki, paytaxt məktəblərində şagird sıxlığı əksər ümumi təhsil müəssisələrini iki və üçnövbəli iş rejiminə keçməyə vadar edib. İbtidai siniflərin ikinci növbəyə salınması həm şagirdlərə, həm də valideynlərə ciddi problem yaradır. Valideynlərin çoxu işlədiyindən uşağını ikinci növbə məktəbə aparmaq üçün köməkçi tutmalı olur. Həmçinin, uşağı günortaya qədər evdə nəzarətsiz qoymaq da təhlükəlidir. Ona görə də, səhər işə gedən valideynlər uşağını da özləri ilə bərabər yaxınlarının evinə aparıb qoymalıdır ki, evdə tək qalmasın. Səhər saatlarında yuxudan duran uşaq günorta dərsə gedəndə artıq yorulur. Nəticədə uşaq dərsi yaxşı mənimsəmir. Evə isə axşam qayıtdığından, əlavə məşğələlərə vaxt qalmır.


Ölkəmizdə ikinövbəli məktəblər tarixən də mövcud olub, amma təhsil sistemində ibtidai sinifləri və 10-cu sinifləri ikinci növbəyə yazmırdılar. Səbəb ibtidai siniflərin kiçik olması, son siniflərin isə daha keyfiyyətli təhsil alması üçün şərait yaratmaq idi. İkinci növbədə müəllimlər də, şagirdlər də yorulur.


"Təhsil haqqında" qanuna görə, siniflər 20 nəfərlə komplektləşdirilir. Amma bu gün siniflərdə 35-40 şagird təhsil alır.  2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.



Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.


Valideynlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini tələb edirlər.


Qeyd edək ki, bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsinə sorğu göndərilib, cavab olduğu təqdirdə ictimaiyyətlə paylaşılacaq.




Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

İbtidai sinifdə maraqlı dərslər

İbtidai sinifdə maraqlı dərslər

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi