Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb.
AzTehsil.com xəbər verir ki, Qarabağ bürosunun xəbərinə görə, təhsil sahəsində ikitərəfli görüş Xankəndi şəhərində Qarabağ Universitetində keçirilib.
Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017 - ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol” imzalanıb.
Qeyd edək ki, görüş öncəsi nazirlər Qarabağ Universitetilə tanış olublar. Qonaqlara, burada yaradılan maddi-texniki baza və tədris prosesi barədə məlumat verilib.