Milli Məclisdə dərsliklərlə bağlı müzakirələr aparılacaq
Milli Məclisdə dərsliklərin müzakirəsi Elm və Təhsil Nazirliyi ilə birgə aparılacaq.
AzTehsil.com xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov payız sessiyasında komitənin görəcəyi işlər barədə danışarkən məlumat verib.
O bildirib ki, müzakirələrə ali məktəblərlə görüşlər də daxil olacaq.