AzTehsil.com


Xəbərlər
12 yanvar 2017
3 467


Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır



Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

 

 

Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir. Yanvar ayının 5-dən başlayan imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. Eyni zamanda imtahan prosesini tələbələrin valideyinlərinin, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin izləmələri üçün lazımi şərait yaradılıb. Biz də yanvar ayının 11-də imtahanlar keçirilən zallarda, Kompüter Mərkəzində, eləcə də İmtahan qərargahında və Apelyasiya Komissiyasında olaraq imtahan prosesinin gedişi və daxil olan müraciətlərlə maraqlandıq. 
 

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

 

Qeyd edək ki, imtahanlar hər gün vaxtında başlayır, imtahan prosesi yaxşı təşkil edilib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman, şəffaflıq təmin edilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yoxdur, tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. Tələbələr onlar üçün yaradılmış şəraitdən istifadə edərək sərbəst və rahat şəkildə imtahan verirlər.

 

Məlumat üçün bildirək ki, gün ərzində 1800 nəfər tələbə yazılı qaydada, 1200 nəfər tələbə isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər.


İmtahan qərargahının rəhbəri, dosent Nailə Hüseynovanın verdiyi məlumata görə, bugünədək 58 nəfər tələbə qərargaha müraciət edib. Bu müraciətlərin 52-si yazılı qaydada verilən imtahanlardan, 6-sı isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 52 müraciətin 7-si tələbələrin xeyrinə həll edilib, müraciət edən digər tələbələrin isə imtahan zamanı davranış qaydalarına əməl etmədiklərinə, üzərlərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunduğuna görə onlar imtahandan kənarlaşdırılaraq protokollaşdırılıb və imtahan cavabları ləğv edilib.

 

 

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

  

Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 6 müraciət tələbələrin xeyrinə həll edilib. ADPU-nun Ağcabədi Filialından edilən 1 müraciətin isə bu gün araşdırılması nəzərdə tutulur. Apelyasiya Komissiyasının sədri, dosent İradə Qasımovanın və sədr müavini, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədovun verdikləri məlumata görə, bugünədək komissiyaya yazılı qaydada verilən imtahanlarla bağlı 25 müraciət daxil olub.  

 

 

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

 

Daxil olan müraciətlərdən 8-i tələbələrin xeyrinə həll edilib, 7-si hazırda araşdırılır, digər müraciət edən tələbələr isə öz imtahan nəticələri ilə razılaşıblar. Test üsulu ilə verilən imtahanlarla bağlı isə 26 müraciət daxil olub. Müvafiq araşdırmalar nəticəsində həmin müraciətlərin 4-ü tələbələrin xeyrinə həll edilib, digər müraciət edən tələbələr isə öz imtahan nəticələri ilə razılaşıblar. Qeyd edək ki, imtahan zamanı qarşıya çıxan çətinliklərin həlli üçün lazımi addımlar atılır. Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da şəffaflıq və obyektivlik təmin edilir, tələbələr imtahanda göstərdikləri nəticələrə görə qiymətləndirilirlər. Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilir. 

 

 

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

 

 ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün bir neçə dəfə auditoriyalarda olaraq imtahan prosesini müşahidə edir. İmtahanların çevik, şəffaf və obyektiv keçirilməsi rektorun diqqət mərkəzindədir.

 

 

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

 

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

 

 




Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

MƏKTƏB SƏNƏDLƏŞMƏSİ - ümumməktəb sənədləri hansılardır ?

MƏKTƏB SƏNƏDLƏŞMƏSİ - ümumməktəb sənədləri hansılardır ?

Elan ! Təhsil Nazirliyi Təhsil Könüllülərini axtarır....

Elan ! Təhsil Nazirliyi Təhsil Könüllülərini axtarır....

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi