AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Sual / Digər Elan / Ekspert / Bölgə
10 sentyabr 2025
952

Məktəblərə ayrılan “təmir pulu " hara gedir?



Hər il sosial şəbəkələrdə təkrar-təkrar gündəmə gələn məsələlərdən biri də məktəb direktorlarının müəllimlər vasitəsilə valideynlərdən “təmir pulu” toplamasıdır. Halbuki dövlət büdcəsindən məktəblərin təmiri üçün kifayət qədər vəsait ayrılır. O zaman sual yaranır: ayrılan pullar hara yoxa çıxır ki, məktəblərdə hələ də bu cür yığım kampaniyaları davam edir?


Problemin köklü şəkildə həll olunacağına dair illərdir verilən vədlərə baxmayaraq, vəziyyət dəyişmir. Adı rüşvət və qanunsuz yığımlarda hallanan direktor işdən çıxarılır, lakin onun yerinə gələn yeni rəhbər də eyni siyasəti davam etdirir. Cəmiyyət haqlı olaraq soruşur: bu məsələ nə zaman həllini tapacaq və məktəblərdə valideynlər üzərindən süni maliyyə yükünə son qoyulacaqmı?


AzTehsil.com- n əldə etdiyi məlumata görə bu barədə danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, məktəblərdə təmir pulu yığılmasını əslində təhsil sisteminin idarə olunmasında mövcud olan maliyyə və nəzarət boşluqlarının nəticəsi kimi dəyərləndirir:


"Apardığım təhlillər göstərir ki, dövlət hər il təhsil sahəsinə böyük həcmdə vəsait ayırsa da, yerli səviyyədə bu vəsaitlərin istifadəsi üzərində kifayət qədər şəffaf və davamlı nəzarət mexanizmləri mövcud deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4,6 milyard manat olub və bunun içində məktəblərin tikintisi, əsaslı və cari təmiri üçün yüz milyonlarla manat ayrılıb. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.1-ci maddəsində göstərilir ki, ümumi təhsil müəssisələrinin saxlanılması, o cümlədən onların maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin vəzifəsidir. Həmçinin “Büdcə sistemi haqqında” Qanunda bu vəsaitlərin səmərəli istifadəsinə dövlət orqanlarının məsuliyyəti qeyd olunub.


Lakin real mənzərə göstərir ki, bir çox hallarda məktəb direktorları valideynlərdən təmir adı ilə pul toplayır və bu, ictimai narazılıq yaradır. Buradakı əsas problem ondan ibarətdir ki, mərkəzləşdirilmiş büdcə vəsaitləri məktəblərə birbaşa və şəffaf şəkildə çatmır, tender mexanizmlərində bəzən ləngimələr olur, kiçik xərclərin təminatı isə formal olaraq məktəb rəhbərlərinin üzərinə düşür. Bu vəziyyət direktorları qeyri-rəsmi yollara əl atmağa vadar edir. Amma bu hal qanunsuzdur və nəticədə ictimai güvən pozulur. Mənfi tərəf ondan ibarətdir ki, direktorların işdən azad olunması yalnız şəxslərin dəyişməsi ilə nəticələnir, amma sistemdəki idarəçilik boşluqları həll olunmadığı üçün yeni təyin edilən rəhbərlər də eyni siyasəti davam etdirir".


Ekspert əlavə etdi ki, son illərdə Elm və Təhsil Nazirliyi məktəblərin təmiri və tikintisini mərkəzləşdirilmiş şəkildə nəzarətə götürüb:


"2020–2024-cü illərdə ölkədə 400-dən çox məktəb əsaslı təmir olunub, 150-yə yaxın yeni məktəb binası tikilib. Bu, dövlətin təhsilə diqqətinin artdığını və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm irəliləyiş olduğunu göstərir. Nazirliyin bu istiqamətdə gördüyü işlər xüsusilə regionlarda müasir standartlara cavab verən məktəb binalarının istifadəyə verilməsi ilə nəticələnib. Bununla belə, problemlərin tam həlli üçün daha köklü islahatlara ehtiyac var".


Müsahibimiz vurğuladı ki, əgər ayrılan vəsaitlərin hər bir məktəb üzrə icrası ictimaiyyətə açıq elan edilsə, direktorların təmir pulu toplamasına ehtiyac qalmayacaq.


"Eyni zamanda valideyn komitələrinin səlahiyyətləri genişləndirilsə və real monitorinq mexanizmi tətbiq olunsa, şəffaflıq artacaq. Nə dəyişməlidir məsələsinə gəldikdə, əsasən idarəetmə və hesabatlılıq sistemi köklü şəkildə yenilənməlidir. Bu istiqamətdə nazirliyin müsbət addımı elektron idarəetmə sistemlərinin tətbiqinə başlamasıdır. Əgər gələcəkdə hər bir məktəbin maliyyə xərcləri onlayn rejimdə ictimaiyyətə açıq olarsa, valideynlərdən qeyri-rəsmi pul yığımı praktikasına son qoyulacaq.


Beləliklə, məktəblərdə təmir pulu problemi mövcud olsa da, dövlətin və nazirliyin bu sahədə atdığı addımlar müsbət qiymətləndirilə bilər. Nazirliyin gördüyü işlər nəticəsində yeni məktəblərin istifadəyə verilməsi, köhnələrin əsaslı təmiri təhsil sisteminin inkişafına ciddi təsir göstərir. Ancaq problemin tam aradan qalxması üçün şəffaflıq və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi, həmçinin direktorların maliyyə öhdəliklərinin qanun çərçivəsində aydın şəkildə müəyyən olunması vacibdir. Bu istiqamətdə atılacaq davamlı islahatlar sayəsində uzun illərdir müzakirə edilən təmir pulu problemi tarixin arxivinə çevrilə bilər", - deyə Kamran Əsədov yekunlaşdırıb.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

“Bəzi direktorlar məktəbi öz biznes məkanına çevirirlər”

“Bəzi direktorlar məktəbi öz biznes məkanına çevirirlər”

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017