AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Bölgə
26 avqust 2025
1 090

Xaricdə təhsili seçənlər diqqətli olmalıdır



Hazırda minlərlə abituriyent xaricdə təhsil almaq üçün müraciət edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi universitetlərdən alınan diplomların Azərbaycanda tanınmaması gələcəkdə ciddi problemlərə yol aça bilər. Bu, həm magistratura və doktorantura təhsili almaq, həm də dövlət və özəl sektorda işləmək baxımından abituriyentlərin karyerasına mənfi təsir göstərə bilər.


AzTehsil.com xəbər verir ki, təhsil eksperti Rizvan Fikrətoğlu  açıqlamasında bildirib ki, xaricdə təhsil almaq istəyənlərin qarşılaşa biləcəyi ən böyük risklərdən biri də məhz diplomların tanınması ilə bağlıdır.



Onun sözlərinə görə, diplomun tanınması Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müəyyənləşdirilir:



“Agentlik hər il tanınan və ya tövsiyə olunan universitetlərin siyahısını açıqlayır. Abituriyentlər xaricdə təhsil üçün müraciət etməzdən əvvəl mütləq şəkildə bu siyahı ilə tanış olmalıdırlar. Əks halda gələcəkdə diplomun tanınmaması kimi problemlərlə üzləşə bilərlər”.


Rizvan Fikrətoğlu bildirib ki, universitet seçərkən bir sıra məqamlara diqqət etmək vacibdir:


“İlk məqam odur ki, təhsil müəssisəsi mütləq şəkildə həmin ölkədə akkreditasiya olunmalıdır. Onlayn və ya distant proqramlar üzrə verilən diplomlar hazırda Azərbaycanda tanınmır. Qısa müddətli, sürətli bakalavr proqramları (1-2 illik kurslar) da etibarlı hesab edilmir. Universitetin beynəlxalq reytinq cədvəllərində yeri tanınma şansını artırır”.


Ekspertin sözlərinə görə, Azərbaycan üçün ən çox tanınan universitetlər sırasında Türkiyənin İstanbul Universiteti, Ankara Universiteti, Hacettepe, ODTÜ, Boğaziçi və Ege universitetləri, həmçinin Polşada Varşava Universiteti, İtaliyada Sapienza və Bolonya Universiteti, Macarıstanda ELTE, eləcə də ABŞ və Böyük Britaniyada Harvard, MIT, Oxford, Cambridge, UCL kimi ali məktəblər var.

“Yalnız xarici filial statusu daşıyan, yeni açılmış və ya rəsmi akkreditasiya almamış universitetlərdən uzaq durmaq lazımdır. Çünki belə universitetlərin diplomları çox zaman tanınmır və gənclər sonradan böyük çətinliklərlə üzləşirlər”.


Ekspert əlavə edib ki, xaricdə təhsil almaq istəyənlər seçdikləri universitet barədə mütləq şəkildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə məsləhətləşməli, rəsmi məlumat almalıdırlar:


“Əgər tələbə dövlət proqramı, Erasmus, DAAD və digər beynəlxalq təqaüd layihələri çərçivəsində xaricə göndərilirsə, həmin universitetlərin diplomlarının tanınması məsələsində risk yoxdur, çünki onları birbaşa nazirlik özü göndərir”.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Xaricdə alınan diplomların tanınması ilə bağlı problemlər qalmaqdadır.

Xaricdə alınan diplomların tanınması ilə bağlı problemlər qalmaqdadır.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bu universitetlərin diplomu TANINMAYACAQ - RƏSMİ

Bu universitetlərin diplomu TANINMAYACAQ - RƏSMİ

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Nadir İsrafilov - Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.

Nadir İsrafilov - Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.