AzTehsil.com


Xəbərlər
22 oktyabr 2022
903


Xaricdə alınan diplomların tanınması ilə bağlı problemlər qalmaqdadır.




Xaricdə alınan diplomların tanınması ilə bağlı problemlər qalmaqdadır. Bu il Təhsildə Keyfiyyət Təminatı Agentliyinə edilən 310 müraciətdən 62-də diplomlar tanınmayıb. Ümumilikdə, 2019-2021-ci illər ərzində Agentliyə tanınma məqsədilə təqdim olunmuş diplomların 19%-i haqqında mənfi qərar qəbul edilib.


“Karazin adına Xarkov Milli Universitetinin rus dili filologiyası fakültəsini bitirmişəm. Ukraynanın Təhsil Nazirliyi 2021-ci ildə diplomumu təsdiqləyib. Tədrisi rus dilində və qiyabi başa vurmuşam. Bütün imtahan sessiyalarında iştirakımı təsdiq edən sənədlər də əlimdədir. Ancaq diplomum Azərbaycanda təsdiqlənmir”. Bu gün Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə və s. ölkələrin ali məktəblərində qiyabi təhsil alan bir çox azərbaycanlı tələbələr ali məktəbi bitirdikdən sonra ölkəmizdə diplomlarının tanınmaması kimi problemlə üzləşirlər. Hər tədris ilində diplomların tanınmaması ilə bağlı şikayətlər səngimir. Yüzlərlə  müraciətə mənfi rəy verilir, bir o qədər iş məhkəmə çəkişməsinin obyektinə çevrilir.


Xatırladaq ki, hazırda xarici diplomların tanınması proseduru Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Elə sentyabr ayı üzrə TKTA-ya edilən 310 müraciətdən 62 nəfərin müraciətinin mənfi qərarla yekunlaşması da bu problemin kifayət qədər dərin olduğunun göstəricisidir. Ümumilikdə, 2019-2021-ci illər ərzində Agentliyə tanınma məqsədilə təqdim olunmuş diplomların 19%-i haqqında mənfi qərar qəbul edilib.


Rusiya, Ukrayna və Gürcüstan...


Agentlik mövzu ilə bağlı ünvanladığımız suallarımızı cavablandıraraq bildirdi ki, diplomların tanınmasından imtinanın əsas səbəbi şəxsin təhsil müddətində təhsil alınan ölkənin ərazisində kifayət qədər olmaması; tədris dili üzrə bilik səviyyəsinin aşağı olması; təhsil alınan universitetin akkreditasiyasız olması və s. ilə bağlıdır. TKTA statistikaya istinad edərək məlumat verir ki, imtina qərarlarının əsas hissəsi Rusiya, Ukrayna və Gürcüstanın ali təhsil müəssisələrinin payına düşür: “Bununla belə, bu o demək deyil ki, adıçəkilən ölkələrin ali təhsil müəssisələri keyfiyyətsiz təhsil verir. Belə ki, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən tanınma zamanı əsas şərt xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğun olmasıdır”.


İmtinaların əsas səbəbi


Diplomların tanınması mövzusunda statistika və imtinaların əsas səbəblərini hər ay mütəmadi qaydada vətəndaşların diqqətinə çatdırdığını deyən TKTA təhsil almaq üçün xarici dövlətlərə üz tutan tələbələrə tövsiyə edir ki, universitetin təhsil alınan ölkədə dövlət akkreditasiyasına/lisenziyaya sahib olması; Təhsilalma formasının ölkəmizin təhsil qanunvericiliyində nəzərdə tutulmuş formalara (əyani və ya qiyabi) uyğun olması; Təhsil müddətində təhsil alınan ölkədə olmaqla davamiyyətə riayət edilməsi; Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olması məqamlarına diqqət yetirsinlər. Əks halda, 4-5 illik əziyyətlərinin mükafatı diplomlarının ölkəmizdə tanınmaması olacaq. Təbii ki, şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada məhkəməyə şikayət edə bilər.



“O ölkənin diplomu Azərbaycanda tanınacaqmı?”


Təhsil eksperti Nadir İsrafilov məsələyə münasibət bildirərək qeyd edir ki, alınan diplomlar ilk növbədə saxta olduğu halda tanınmır: “Saxta diplom dedikdə, dövlət nümunəli olmayan, ali təhsil haqqında dövlət sənədləri və ali təhsil müəssisələrinə qanunvericiliyə zidd olaraq qəbul olmuş şəxslərə verilmiş təhsil haqqında dövlət sənədləri başa düşülür”. Ekspertin sözlərinə görə, problem əsasən xarici diplomlarladır. Belə ki, xaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu Azərbaycanda tanınacaqmı?” sualına cavab tapmalıdır. Nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər: “Xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən. Bir çox məzunlar müəyyən vasitəçi şirkətlərin vədlərinə aldanaraq nüfuz xətrinə xarici ölkələrə üz tuturlar. Baxmayaraq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində “heç bir şirkətlə əməkdaşlıq etmədiyini” və bu şirkətlərin fəaliyyətinə görə “heç bir məsuliyyət daşımadığını” dəfələrlə bəyan edib. Bununla belə, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması sahəsində müəyyən irəliləyişlər olmasına baxmayaraq, hələ də diplomların tanınmaması təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqda davam edir”.


Boşluqların aradan qaldırılması üçün


N.İsrafilov ümid edir ki, problemin həlli üçün TKTA yaradılıb. Bununla da dünya ölkələrinin praktikası nəzərə alınıb. Diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya ediləcək dəyişiklik çeviklik və mobilliyin təmin edilməsi olmalıdır. Nəticədə uzun illərdən bəri bu sahədə yaranan boşluqların aradan qaldırılmasında müəyyən irəliləyiş əldə olunacaq: “Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması ucbatından müəyyən narazılıqlar ortaya çıxır. Bu məsələ dəfələrlə müzakirə olunub. Hesab edirəm ki, bu məsələyə də müəyyən aydınlıq gətirilməli, əsas diqqət ixtisas biliklərinə yönəldilməlidir. Neçə illər bundan qabaq hansısa ölkədə, hansısa dildə təhsil alan şəxsdə həmin dilin qrammatikası və ya tələffüzü ilə bağlı müəyyən unutqanlıq istisna olunmaya bilər ki, bu da xüsusilə nəzərə alınmalıdır”. Ekspert tövsiyə edir ki, istənilən halda, hər hansı universitetə oxumağa gedən abituriyent TKTA vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalı, ilk növbədə “gedəcəyim ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?” sualına cavab tapmalıdır.




Загрузка...
Həmçinin oxuyun:
Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nadir İsrafilov - Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.

Nadir İsrafilov - Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında