AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
20 avqust 2025
898

Magistratura təhsilinə maraq AZALIB



AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı milli məclisin deputatı öz fikirlərini bildirib. Onun sözlərinə görə son illər ölkəmizdə ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür. Təəssüf ki, bu fakt artıq yalnız müşahidə yox, həm də rəsmi rəqəmlərdə özünü göstərir.

2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələri bunun bariz sübutudur:

Boş qalan 3700 yerin (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 nəfər seçim etmişdir.

Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul olunub.

Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı dolub.

Bu nə deməkdir? Yüzlərlə dövlət sifarişli yer – yəni tamamilə pulsuz təhsil imkanı – boş qalıb! Ümumilikdə isə 3000-dən çox magistratura yeri doldurulmayıb.

Bu rəqəmlər bir sıra narahatedici nəticələri ortaya qoyur:

Magistratura təhsilinə maraq azalıb. Bu, gənclərimizin artıq əlavə akademik pilləni karyera üçün vacib saymadığını göstərir.

Təhsildə keyfiyyət və etibarlılıq məsələsi. Əgər gənclər dövlət sifarişi ilə verilən imkandan imtina edirlərsə, bu, sistemin cəlbediciliyi ilə bağlı ciddi suallar doğurur.

Əmək bazarının təsiri. Magistr diplomunun əmək bazarında əvvəlki illərdəki kimi üstünlük yaratmaması və işə qəbul prosesində real təsirinin zəifləməsi, marağın azalmasının əsas səbəblərindən biridir.

Təhsil siyasətində strateji boşluq. Dövlət resurslarının ayrılıb istifadəsiz qalması, həm də ölkənin insan kapitalı potensialının zəifləməsinə gətirib çıxarır.

Bu gün biz bir reallıqla üz-üzəyik: Ali təhsilin magistratura pilləsi ölkədə əvvəlki nüfuzunu və çəkisini itirməkdədir.

Bəs nə etməliyik?

Təhsil proqramları müasir əmək bazarının tələblərinə uyğun yenilənməlidir.

Magistr təhsili işəgötürənlər üçün real üstünlük yaratmalıdır.

Dövlət sifarişi ilə ayrılan yerlərin boş qalmasının qarşısını almaq üçün məcburi deyil, cazibədar sistem qurulmalıdır.

Təhsil müəssisələri elmi-tədqiqat imkanlarını gücləndirməli, magistratura təhsili sadəcə formal davam pilləsi yox, praktik və elmi dəyəri olan bir mərhələ kimi formalaşmalıdır.

Bu rəqəmlər bizə xəbərdarlıq edir: əgər bu tendensiya davam etsə, yaxın illərdə ölkəmizin ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək.

Sonda qeyd etmğk lazımdır ki, təhsil siyasətində çevik və əsaslı islahatlar olmadan bu böhran daha da dərinləşəcək.

Azərbaycanın gələcəyi gənclərimizin savadlılığı, hazırlığı və keyfiyyətli təhsilindən keçir. Boş qalan dövlət sifarişli yerlər isə bizim üçün sadəcə rəqəm deyil – gələcək üçün itirilmiş şanslardır.


Ceyhun Məmmədov,


Milli Məclisin deputatı




Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Milli Məclisin deputatı  növbəti xeyriyyə aksiyası keçirib

Milli Məclisin deputatı növbəti xeyriyyə aksiyası keçirib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb