AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Manşet / Bölgə
18 avqust 2025
790

Bu ərazilərdə kirayə qiymətləri AŞAĞIDIR

Tələbələrin nəzərinə: Bu ərazilərdə kirayə qiymətləri AŞAĞIDIR

Artıq uzun müddətdir ki, paytaxt Bakıda baş plana uyğun olaraq köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin söküntüsü aparılır. Sökülən hər bir binada və evdə yerləşən kirayə mənzillər əmlak bazarına çıxır. Bəzi hallarda isə həmin ərazilər dövlət ehtiyacları üçün alındığından, tikinti işləri də həyata keçirilir.

AzTehsil.com xəbər verir ki, bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev AzEdu.az-a açıqlamasında bildirib:

"Digər tərəfdən, qəzalı vəziyyətdə olan köhnə binaların yerində yeni çoxmənzilli yaşayış binaları inşa edilir. Lakin bu binalardakı mənzillərin kirayə qiymətləri köhnə binalara nisbətən daha baha olduğundan, tələbələr üçün əlçatan olmur. Nəticədə münasib qiymətə kirayə mənzil tapmaq getdikcə çətinləşir.

Paytaxtın Yasamal, Nərimanov və Nəsimi rayonlarında genişmiqyaslı söküntü işləri səbəbindən tələbələrin ən çox axtarış etdiyi ərazilərdə münasib qiymətə mənzil tapmaq müşkülə çevrilib. Bu səbəbdən tələbələr məcburən Bakıətrafı ərazilərə - Abşeron, Xırdalan, Masazır, Günəşli və Əhmədliyə üz tutur. Bu zonalarda qiymətlər mərkəzlə müqayisədə daha ucuzdur. Amma məsafə uzaq olduğundan tələbələr həm əlavə yol xərclərinə, həm də gündəlik bir neçə saat vaxt itkisinə məruz qalırlar".

Tələbələr üçün vəziyyət çətinləşəcək

"Baş plana əsasən, 2040-cı ilə qədər paytaxtdakı köhnə yaşayış massivlərinin böyük hissəsi söküləcək. Bu isə tələbələrin mənzil problemini daha da dərinləşdirəcək. Çünki evləri sökülən sakinlərə yeni mənzillər təqdim edilənədək onlar da kirayə evlərdə yaşamaq məcburiyyətində qalırlar. Nəticədə kirayə bazarında tələb artır və qiymətlər yüksəlir".

Həll yolu tələbə yataqxanalarıdır

"Tələbələrin mənzil probleminin həlli üçün vaxtilə mövcud olmuş tələbə yataqxanalarının yerində müasir, çoxmərtəbəli və geniş yeni yataqxanaların inşası vacibdir. Bu, yalnız tələbələrin yaşayış şəraitini yaxşılaşdırmaqla kifayətlənməz, həm də kirayə bazarında qiymətlərin sabitləşməsinə şərait yaradar".

Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Lənkəran Dövlət Universitetində  professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu  gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Müəllimlər üçün minimal qiymətlərlə mənzillər - 430 manatdan

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar-2. Ümumi təhsil müəssisələri

Ümumi təhsil müəssisələrinin  maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib