AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə / Şagird / Ekspert
17 avqust 2025
963

Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır





"Müşahidələr göstərir ki, staj üçün dərslərdə iştirak edən müəllim namizədləri, yəni pedaqoji fakültələrin tələbələri o qədər də hazırlıqlı deyillər. Hazırlıqlı olmamaları ilə yanaşı, daha pisi odur ki, öyrənmək üçün həvəsli də deyillər. Belə görünür ki, ixtisaslarını həvəssiz seçiblər".


AzTehsil.com- n əldə etdiyi məlumata görə, xəbər verir ki, bunu təhsil mütəxəssisi Yalçın İslamzadə sosial şəbəkə hesabında yazıb.


"Fəaliyyətə başladıqdan sonra müəllimlər sertifikasiya olunacaqlar. Halbuki, həmin müəllimlərə hansı mövzuları necə öyrədiblərsə, onlar da elə öyrəniblər. Verdikləri imtahanlar universitetdəki müəllimlərinin tərtib etdikləri suallardır. Müəllimlərdən əvvəl müəllimlərə dərs keçən müəllimlər sertifikasiya olunmalıdırlar. Çünki gənc müəllimin öz-özünə çatışmayan bilik və bacarıqları müəyyən edib, öz üzərində işləməsi elə də asan proses deyil.Pedaqoji fakültələrin müəllimlərinin yaş ortalaması neçədir? Neçəsi təhsil sahəsindəki yenilikləri oxuyub-öyrənəcək dərəcədə xarici dil bilir? Təbiət fənləri, riyaziyyat, ümumi təhsilə dair tanınmış jurnalların hansına abunədirlər? Universitet kitabxanası son 20-30 ildə həndəsi silsilə ilə artan təhsil tədqiqatlarını əks etdirən kitabları alırmı? 


Keçdikləri dərslər nə qədər effektivdir? Bu il universitetə başlayacaq bir tələbə dərs keçdikləri kitablarla tanış olmaq istəyir. Üçüncü kursda oxuyan başqa tələbə deyir ki, "Dərslik yoxdur. Müəllim mühazirə yazdırır, biz də ordan öyrənirik". Başqa bir müəllimin axşamlar votsap qrupuna uzun-uzadı əlyazısı mətnlər göndərdiyi məlumdur. 


Nə üçün beynəlxalq tədrisdə etibar qazanmış dərsliklərdən istifadə olunmur? X müəllimin 30 ildir əlyazısı ilə paylaşdığı mühazirələri nə qədər aktualdır? Əzbərləməkdən başqa koqnitiv fəaliyyətlər də tələb edir?


1-ci kursların kimya dərsləri üçün Raymond Chang, riyaziyyat dərsləri üçün James Steward, iqtisad dərsləri üçün Lipsey & Courant kimi müəlliflərin sınanmış dərslikləri var. Douglas Giancolinin "Fizika, prinsiplər və tətbiqlər" kitabı həm konseptual yanaşmanı, həm də fizikanın digər sahələrdə tətbiqini uğurla əks etdirir. Bu kitabı tərcümə etmək o qədər çətin olmamalıdır. 


Heç bir mühazirə belə dərsliklərlə izah dərinliyi və əhatəlilik, vizuallıq, fənni digər kontekstlərlə əlaqələndirmək və dərin suallar soruşmaq baxımından rəqabət apara bilməz.


Kitabxana, sahənin qabaqcıl jurnallarına abunəlik yaxşı təhciz olunmuş laboratoriyalar, tərcümə olunmuş ədəbiyyat yoxdursa, universitetlər təhsil haqqını niyə artırırlar? Artırırlarsa niyə investisiyaya istiqamətləndirmirlər?", - deyə ekspert vurğulayıb.



Həmçinin oxuyun:
Metodbirləşmələr

Metodbirləşmələr

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Şəmil Sadiqdən Yalçın İslamzadəyə cavab

Şəmil Sadiqdən Yalçın İslamzadəyə cavab

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)