Valideyn və müəllimlərlə görüş keçirilib
Valideyn və müəllimlərlə görüş keçirilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olarkən yuxarı sinif şagirdlərinin valideynləri və müəllimlərlə görüş keçirib.
AzTehsil.com xəbər verir ki, görüşdə əsas məqsəd təhsil prosesində valideynlərin fəal iştirakını təşviq etmək, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində fikir mübadiləsi aparmaq olub. Sənan Mənsimli valideynlərlə şagirdlərin təhsil göstəriciləri, dərsə davamiyyət, buraxılış və qəbul imtahanlarına hazırlıq prosesi barədə müzakirələr aparıb.
O, həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim heyətinin peşəkarlığının artırılması və şagirdlərin hərtərəfli inkişafı əsas prioritetlərdəndir.