Tədqiqatçı və alimləri əməkdaşlığa dəvət edirik!- ELAN
Xarici ölkələrdə elm və təhsil sahəsində çalışan, həmçinin akademik fəaliyyətlə məşğul olan azərbaycanlı müəllim, tədqiqatçı və alimləri əməkdaşlığa dəvət edirik!
Azərbaycanda elm və təhsilin məzmununun inkişafına töhfə vermək üçün sizin təcrübənizi, elmi nailiyyətlərinizi və tədqiqat nəticələrinizi geniş auditoriyaya çatdırmaq niyyətindəyik.
AzTehsil.com xəbər verir ki, məqsəd Elm və təhsil media (“Azərbaycan müəllimi” qəzeti, muallim.edu.az və Təhsil TV) olaraq sizin fəaliyyətinizi işıqlandırmaq və davamlı əməkdaşlıq qurmaqdır.
Əməkdaşlıq üçün anketi doldurmağınızı xahiş edirik: https://lnkd.in/ee6qTzfG
Əgər belə bir şəxs tanıyırsınızsa, onu şərhlərdə etiketləyin və postu dəstək məqsədilə paylaşmağa kömək edin!