AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
09 avqust 2025
746

ADNSU-da abituriyentlər üçün ...- ƏTRAFLI



ADNSU-da abituriyentlər üçün növbəti “Açıq qapı günü” keçirilib.

Avqustun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) abituriyentlər və valideynlər üçün növbəti “Açıq qapı günü” təşkil olunub. Tədbirdə universitetin rektoru, dosent Rüfət Əzizov, prorektorlar, fakültə dekanları, struktur bölmə rəhbərləri, gələcək tələbələr və onların valideynləri iştirak ediblər.


AzTehsil.com xəbər verir ki, grüş zamanı tələbə adını qazanmış abituriyentləri təbrik edən rektor, dosent Rüfət Əzizov ADNSU-nun tarixi, yetişdirdiyi mütəxəssislər, məzunların ölkə sənayesinin inkişafına verdiyi töhfələr barədə məlumat verib.


O, universitetdə fəaliyyət göstərən fakültələr, tədris olunan ixtisaslar və tədris proqramları haqqında danışaraq bildirib ki, bu gün ADNSU-nun beynəlxalq əlaqələri də yüksək səviyyədədir. Hazırda 25 ölkədən 300-ə yaxın əcnəbi tələbə universitetdə təhsil alır. ADNSU-nun 30 ixtisasından 15-i beynəlxalq akkreditasiyadan keçib.


Abituriyentlər və valideynləri qarşısında təqdimatla çıxış edən dosent Rüfət Əzizov onların diqqətinə çatdırıb ki, ADNSU dövlət universitetləri arasında məzunların məşğulluq göstəricisinə görə birinci yerdədir. Onun sözlərinə görə, universitetin sənaye müəssisələri ilə geniş əməkdaşlığı əmək bazarının tələblərinin öyrənilməsinə, tələbələrin uğurlu təcrübə keçməsinə və məzun olduqdan dərhal sonra işlə təmin olunmasına şərait yaradır.


Daha sonra rektor təhsillə bağlı abituriyentlərin suallarını cavablandırıb və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.


“Açıq qapı günü” çərçivəsində abituriyentlər ADNSU-nun Tarix Muzeyi, Mineralogiya Muzeyi, müasir laboratoriyaları və kompüter otaqlarını gəzərək univerditetlə daha da yaxından tanış

 olublar.




Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Texnologiya Universitetinin rektorunun oğluna ağır ittihamlar– “Elə bil ata mülküdür”

Texnologiya Universitetinin rektorunun oğluna ağır ittihamlar– “Elə bil ata mülküdür”

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı?

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı?

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...