AzTehsil.com

Xəbərlər / İKT / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Dünya / Manşet / Bölgə
07 avqust 2025
887

Bakı Slavyan Universitetinin adı dəyişdirilsin?




Bakı Slavyan Universitetinin adı dəyişdirilsin? - Deputatlardan CAVAB


Son günlərdə Azərbaycanda fəaliyyət göstərən Bakı Slavyan Universitetinin adı və fəaliyyət istiqaməti ilə bağlı yeni müzakirələr yaranıb. Ekspertlərin və ictimaiyyət nümayəndələrinin fikrincə, yalnız slavyan xalqlarının dili, mədəniyyəti və ədəbiyyatına xüsusi diqqət ayıran bir ali təhsil müəssisəsinin indiki qlobal çağırışlar fonunda əvvəlki missiyasını saxlaması artıq yetərli deyil.


Qeyd olunur ki, Bakı Slavyan Universiteti uzun illərdir rus dili və slavyan mədəniyyətinin öyrənilməsi sahəsində mühüm mərkəz kimi fəaliyyət göstərib. Lakin XXI əsrdə yalnız bu istiqamətlə kifayətlənmək, universitetin akademik çəkisini məhdudlaşdıra bilər. Müasir dövr çoxvektorlu, daha genişmiqyaslı yanaşmalar tələb edir. Bəzi ekspertlər buna görə universitetin adının və ümumi təhsil strategiyasının yenidən nəzərdən keçirilməsi zəruri hesab olunur.AzTehsil.com- n əldə etdiyi məlumata görə modern az Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə həmsöhbət olub.


Deputat Ceyhun Məmmədov universitet sistemində ümumilikdə struktur dəyişikliklərinə ehtiyac olduğunu deyib:


“Universitetlərimizə yenidən baxmalıyıq. Eyni ixtisasları təkrarlayan, bir-birini təkrarlayan universitetlər var. Burada sistemsizlik, pərakəndəlik özünü açıq şəkildə büruzə verir. Mən artıq bir neçə dəfə qeyd etmişəm ki, ümumiyyətlə, universitetlərə qəbul kvotalarla aparılmalıdır. Bu gün bir ixtisas üzrə minlərlə gəncin məzun olduğunu görürük. Lakin onların mütləq əksəriyyəti iş tapa bilmir və nəticədə dövlətə qarşı narazılıq yaranır. Gənclər hesab edirlər ki, dövlət onların iş tapmasına yardımçı olmur”.




Deputat qeyd edir ki, bu problemin aradan qaldırılması üçün ciddi təhlillərə və sistemləşdirməyə ehtiyac var:


“Elə sahələr var ki, orada mütəxəssis çatışmır. Elələri də var ki, mütəxəssis çoxdur, amma iş yoxdur. Bu baxımdan universitetlərin ciddi şəkildə sistemləşdirilməsinə və qruplaşdırılmasına ehtiyac var”.


O, həmçinin Bakı Slavyan Universitetinin adı ilə bağlı müzakirələrə də münasibət bildirib. Ceyhun Məmmədovun fikrincə, bu məsələdə tələskənliyə yol vermək olmaz:


“Biz slavyan deyəndə yalnız Rusiyanı nəzərdə tutmuruq. Təəssüf ki, bir çoxları bu şəkildə düşünür. Amma slavyan xalqları dedikdə Ukrayna, Belarus və digər xalqlar da nəzərdə tutulur. Azərbaycanda bu xalqların tarixi, mədəniyyəti və ənənələrini bilən insanlara ehtiyac var. Az da olsa, bu sahədə mütəxəssislər yetişdirilməlidir”.


Ceyhun Məmmədov əlavə edir ki, hazırda informasiya müharibəsi fonunda rus dilini bilən, bu dildə yaza və fikrini ifadə edə bilən mütəxəssislərə ehtiyac daha da artır:


“Hazırda rus dilində danışan çoxdur, amma yazıb-pozmaq bacarığı olanlar azdır. Bu bizi ciddi şəkildə narahat etməlidir. Dağıtmaq asandır, lakin yenidən qurmaq daha çətindir. Ona görə də bu məsələdə tələsməyə gərək yoxdur. Gələcəkdə Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin birləşdirilməsi də nəzərdən keçirilə bilər. Amma bu cür məsələlərdə tələsik qərar qəbul edilməməlidir”.



Deputat Elnarə Akimova isə Bakı Slavyan Universitetinin adının dəyişdirilməsinin əleyhinədir. O, bu adın 2000-ci illərin əvvəllərində birbaşa Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə verildiyini xatırladır:


“O zamana qədər bu təhsil müəssisəsi Mirzə Fətəli Axundzadə adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutu adlanırdı və əsasən rus dili müəllimləri hazırlayırdı. Ulu Öndərin sərəncamı ilə universitetə Bakı Slavyan Universiteti adı verildi və o, bu adla daha geniş fəaliyyət göstərməyə başladı”.


Deputat bildirib ki, universitetdə təkcə rus dili deyil, bir çox digər slavyan xalqlarının dili və ədəbiyyatı üzrə də mütəxəssislər hazırlanır:


“Slavyan Universitetində rus, ukrayna, belarus, çex, bolqar, polyak dilləri üzrə mütəxəssislər hazırlanıb. Sonralar universitetdə yunan, türk və german dilləri üzrə də tədris proqramları tətbiq olunmağa başladı. Bu təhsil ocağının fəaliyyət dairəsi çoxmədəniyyətlilik, qlobal dillər və beynəlxalq münasibətlər üzərində qurulub”.


Elnarə Akimova hesab edir ki, bu ad yalnız dövrün siyasi tələblərinə uyğun dəyişdirilə bilməz:


“Slavyan Universiteti sıradan bir ad deyil. Onun təməlində Ulu Öndərin düşünülmüş qərarı dayanır. Bu ad hər hansı dövrün, zamanın konjonkturasına görə dəyişdirilə bilməz. Universitet ölkəyə lazımlı mütəxəssis hazırlayır və onu tez-tələsik qərarların predmetinə çevirmək olmaz”.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində