Gələcəkdə Qarabağ Universitetində...- ƏTRAFLI
"Hazırda Qarabağ Universitetində magistratura təhsilinin təşkili istiqamətində dəqiq qərar olmasa da, gələcək üçün nəzərdə tutulur”.
AzTehsil.com- n əldə etdiyi məlumata görə bu sözləri Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
O, 2025-2026-cı tədris ili üçün magistratura səviyyəsi üzrə proqramların olmadığını vurğulayıb: “Növbəti illərdə bu istiqamətdə addımların atılıb-atılmayacağı müvafiq qərarlardan sonra müəyyən olunacaq”.