“Təsərrüfat və maliyyə” istiqaməti üzrə təlimlər keçirilib
AzTehsil.com xəbər verir ki, “Təsərrüfat və maliyyə” istiqaməti üzrə təlimlər keçirilib.
30-31 iyul 2025-ci il tarixlərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maliyyə-təsərrüfat sahəsi üzrə cavabdeh şəxslər üçün “Təsərrüfat və maliyyə” istiqaməti üzrə təlimlər keçirilmişdir.
Təlimlər iştirakçıların maliyyə və təsərrüfat idarəçiliyi sahəsində praktiki bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin təhsil müəssisələrində idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına xidmət etmişdir.
Tədbirdə əldə edilmiş nəticələr və iştirakçı rəyləri müsbət qiymətləndirilmiş, gələcəkdə bu tip təlimlərin davam etdirilməsi məqsədəuyğun sayılmışdır.